Ölkə futbolu
Hafiz Məmmədov Monako knyazı ilə görüşdü
“Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun Fran…
“Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun Fransada keçirdiyi görüşlər davam edir. Futbolinfo.az xəbər verir ki, Hafiz Məmmədov “Hotel de Paris” otelində Monako kralı 2-ci Albertlə görüşüb.
“Bakı”nın prezidenti “Monako”nun yüksək liqaya çıxması münasibəti ilə kralı təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirib. Ardından ona Azərbaycan futbolu haqda məlumat verilib. Öz növbəsində 2-ci Albert də Hafiz Məmmədovun “Lans”a göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Bunun xalqlarımız arasında olan dostluq münasibətlərinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb.
Görüşün sonunda 2-ci Albert cənab İlham Əliyevin 3-cü dəfə prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı