Ölkə futbolu
Nəhayət ki, Leroy Corcu yola gətirə bildilər
Bir müddət öncə “Qarabağ”la yollarını ayır…
Bir müddət öncə “Qarabağ”la yollarını ayıran Leroy Corcun yeni klubu bəlli olub. Futbolinfo.az xəbər verir ki, Türkiyə PTT 1-ci Liqasın yenicə vəsiqə qazanan “Göztəpə” nəhayət ki, hollandiyalı futbolçunu yola gətirə bilib.
Bu barədə klubun idman direktoru Barış Güçlü məlumat verib. Güçlü hollandiyalı futbolçuya illik 250 min avroluq maaş təklif etdiklərini və onunla münasibətləri rəsmiləşdirmək üzrə olduqlarını bildirib.
Qeyd edək ki, İzmir klubu yarımmüdafiəçi ilə daha öncə də danışıqlar aparmağına baxmayaraq, maliyyə cəhətdən anlaşa bilməmişdi. 28 yaşlı futbolçu "Göztəpə"dən illik 450 min dollar maaş tələb etmiş, türkiyəlilər isə bu keçidi 275 min dollara həll etmək niyyətində idi. Leroy "Qarabağ"la da maddi məsələlər ucbatından anlaşa bilməmişdi. Görünür, bu maaşa yeni klub tapa bilməyəcəyini anlayan Surinam əsilli oyunçu daha az məbləğə də razı olub.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”