Ölkə futbolu
Svanazdzedən ismarıc: "Bizə inanın"
Sabah Avropa Liqasının birinci tәsnifat mәrhәlәsinin cavab oyun…
Sabah Avropa Liqasının birinci tәsnifat mәrhәlәsinin cavab oyununda evdә Albaniyanın "Laçi" klubunu qәbul edәcәk "İnter"in baş mәşqçisi Zaur Svanazdze jurnalistlәrin suallarını cavablandırıb. Futbolinfo.az xәbәr verir ki, gürcü mütәxәssis sabah qәlәbә üçün meydana çıxacaqlarını bildirib:
"Çox çәtin olacaq. Biz oyuna hazırlaşırıq. Uşaqlar da ciddi şәkildә hazırlaşırlar. Qәlәbә qazanmağa çalışacağıq. Rәqib barәdә analizlәr aparmışıq. Bu gün futbolçularla da fikir mübadilәsi aparacağıq. İnanıram ki, vәzifәimizin öhdәsindәn gәlәcәyik. 0:0 bizi qane edәn nәticәdi. Amma meydana qәlәbә әzmi ilә çıxacağıq. Heyәti müәyyәnlәşdirmişәm".
Gürcü çalışdırıcı azarkeşlәr haqqında da fikirlәrini bildirib: "Azarkeşlәrә demәk istәyirәm ki, bizә inansınlar. Biz ümidlәri doğrultmaq istәyirik. Növbәti mövsümә daha yaxşı hazırlaşmaq istәyirik. Ümid edirәm ki, bacaracağıq".