Ölkə futbolu
"Çukariçki" ilə oyun öncəsi darmadağın
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Çuka…
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Çukariçki" (Serbiya) ilə cavab oyununa hazırlıqları davam etdirən "Qəbələ" ötən gün yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, hazırlıqlarını Qəbələ stadionunda davam etdirən “qırmızı-qaralar” əvəzedici komanda ilə matçda qüvvəsini sınayıb.
Roman Qriqorçukun yetirmələri qarşılaşmaya aşağıdakı start heyəti ilə çıxıb: Dmitri Bezotosnı, Rafael Santos, Vojislav Stankoviç, Ürfan Abbasov, Rikardinyo, Aleksey Qay, Rəşad Sadiqov, Dodo, Cavid Hüseynov, Sergey Zenyov, Aleksey Antonov.
Qriqorçuk oyunun gedişində sərəncamında olan futbolçuların çoxuna şans verib. Belə ki, Andrey Popoviç, Georgi Floresku, Vitali Vernidub, Elvin Camalov, Roman Hüseynov, Murad Musayev, Asif Məmmədov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Samir Zərgərov və Qismət Alıyev meydana daxil olub.
“Qəbələ” əvəzediciləri ilə bu qarşılaşmada 5:1 hesabı ilə qalib gəlib. Oyunun ilk yarısında Aleksey Antonov iki, Dodo bir qol vurub. Fasilədən sonra əvəzedicilər bir dəfə fərqlənsə də, Roman Hüseynovun dublu ilə böyükhesablı qələbə qeydə alınıb.
Qeyd edək ki, “Çukariçki” ilə matçın Qəbələdəki hazırlıqlarını bu oyunla yekunlaşdıran “qırmızı-qaralar” bu gün Bakıya yola düşəcək. Komanda iyulun 23-dəki qarşılaşmanın hazırlığını paytaxtda tamamlayacaq.
(Klub saytı)
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”