Ölkə futbolu
"Qarabağ"da son durum
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində &qu…
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Seltik"lə qarşılaşacaq "Qarabağ" Bakı-Qlazqo reysiylə Şotlandiyaya yollanıb. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi dünən saat 22:30-da yola düşüb. Şotlandiyanın ən böyük şəhərinə uçuş təxminən 6 saat davam edib.
Sabah "atlılar" oyunun keçiriləcəyi "Celtic Park"da 19:45-də (Azərbaycan vaxtıyla 23:45-də) oyun öncəsi sonuncu məşqinə çıxacaq. Buna qədər isə komandanın baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxaraq, sualları cavablandıracaq.
Qeyd edək ki, "Seltik" (Şotlandiya) – "Qarabağ" (Ağdam) qarşılaşması iyulun 29-da saat 23:45-də keçiriləcək.
(Klub saytı)