Ölkə futbolu
"Qəbələ" üçün "Hilton"
Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərç…
Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Apollon"un qonağı olacaq "Qəbələ" sabah 12:00-da çarter reysi ilə Kiprə yola düşəcək. Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisi Nikosiyada "Hilton" otelində məskunlaşacaq.
Komanda iyulun 29-da matçın baş tutacağı "Antonis Papadopulos" stadionunda məşqə çıxacaq.
Qarşılaşmanın "İdman Azərbaycan" telekanalı vasitəsilə də yayımlanması planlaşdırılıb. Komandada zədəli futbolçu yoxdu.
Qeyd edək ki, "Apollon" – "Qəbələ" matçı iyulun 30-da, saat 22:00-da start götürəcək.