Ölkə futbolu
İyulun 30-da gəlir: “Kəpəz”in qapısını litvalı qoruyacaq
Uzun fasilədən sonra Premyer Liqaya qayıdan “Kəpəz” h…
Uzun fasilədən sonra Premyer Liqaya qayıdan “Kəpəz” heyəti gücləndirməyə davam edir. Əsasən yerli futbolçuları heyətə qatan Gəncə təmsilçisi legioner seçimini də yekunlaşdırır.
Hələlik heç kimlə müqavilə tam rəsmiləşməsə də, baxışda olan futbolçuların əksəriyyəti baş məşqçi Şahin Diniyevin etimadını doğruldub. Ərzurum toplanışında iştirak edənlərdən Dario Frederiko Da Silva, Juninyo və Aleksandr Sitniki artıq “Kəpəz”in üzvü saymaq olar.
Gəncə klubu qapını da əcnəbiyə tapşıracaq. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, son iş yeri Litvanın "Qranitas" klubu olan Tadas Simiatis iyulun 30-da müqaviləni rəsmiləşdirmək üçün Bakıya gələcək. Ölkəsində daha 2 klubun, eləcə də Rumıniyada "Otselul"un formasını geymiş 24 yaşlı qolkiper Diniyevin etimadını doğruldub.