Ölkə futbolu
"Rəvan"da plan dəyişdi
Zaqatalada təlim-məşq toplanışını davam etdirən "Rəvan&r…
Zaqatalada təlim-məşq toplanışını davam etdirən "Rəvan”nın hazırlıq planında dəyişiklik edilib. Futbolinfo.az xəbər verir ki, "aslanlar”ın avqustun 2-də Tiflisdə "Saburtalo” klubu ilə nəzərdə tutulan yoxlama matçı baş tutmayacaq.
Əvəzində, paytaxt təmsilçisi eyni tarixdə Gürcüstanın digər elita klubu "Sioni” ilə üz-üzə gələcək. Tiflisdə keçiriləcək oyun Bakı vaxtı ilə 19:00-da başlayacaq.
"Sioni”dən öncə isə "Rəvan” "Qəbələ”nin əvəzedici komandası ilə qüvvəsini sınayacaq. İyulun 31-də Qəbələdə oynanılacaq matç saat 19:00-a təyin olunub.
(Klub saytı)