Ölkə futbolu
"Qəbələ"dən ayrılıb, Ponomaryovun sabiq klubuna keçdi – FOTO
Ötən mövsümün sonunda "Qəbələ"dən a…
Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Pavel Farkaşın yeni klubu bəlli olub. Futbolinfo.az xəbər verir ki, futbolçu bundan sonra Yunanıstan çempionatında çıxış edəcək.
30 yaşlı müdafiəçi adıçəkilən ölkənin "Ksanti" klubu ilə müqavilə bağlayıb. Slovakiyalı ötən mövsüm "Qəbələ"nin heyətində 13 görüşdə 1 dəfə fərqlənə bilmişdi.
Qeyd edək ki, milli komandamızın sabiq futbolçusu Anatoli Ponomaryov da vaxtilə "Ksanti" klubunda çıxış edib. O, adıçəkilən klubun heyətində 5 matçda meydana çıxıb.