Ölkə futbolu
“Sumqayıt”ın məqsədi
“Sumqayıt” transfer çalışmalarını bitirib. Bu …
“Sumqayıt” transfer çalışmalarını bitirib. Bu barədə futbolinfo.az saytına məlumatı klubun baş meneceri Ceyhun Sultanov verib.
Sabiq yarımmüdafiəçi komandanın tam komplektləşdiyini bildirməklə yanaşı, məqsədlər barədə də danışdı: “Çalışacağıq ki, üzümüzə gələn mövsüm 2014-2015 çempionatından daha yüksək pillələr uğrunda mübarizə aparaq. Ümid edirəm, komandamız 6-7-ci yerlər uğrunda mübarizə aparacaq”.
Sultanov daha yüksək yerlərə iddia etməmələrinin səbəbini də açıqladı: “Büdcəmiz yalnız buna imkan verir. Yüksək pillələr üçün isə həm yerli, həm də xarici bazarda daha bahalı futbolçuları almaq lazımdı. Əlimizdə olan büdcədən maksimum yararlanmağa çalışırıq”.
Sonda Sultanov “Kapitalbank”la bağlı əməkdaşlıqlarına da dair vəziyyətə açıqlama gətirdi: “Bu bankla əməkdaşlığımız 2015-2016 mövsümündə də davam edəcək”.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…