Dünya futbolu
"Barselona"da İnyesta problemi
"Barselona"nın ulduz futbolçusu Andres İnyesta zəd…
"Barselona"nın ulduz futbolçusu Andres İnyesta zədələnib. Futbolinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Beynəlxalq Çempionlar kubokunda "Fiorentina"ya qarşı matçda xəsarət alıb.
İspan klubunun baş məşqçisi Luis Enrikenin yerli mətbuata dediyinə görə, İnyestanın zədəsi ciddi deyil. Onun vəziyyəti tibbi müayinədən sonra bəlli olacaq.
Xatırladaq ki, "Fiorentina" – "Barselona" oyunu italiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.