Ölkə futbolu
Başlamamış başladı: Premyer Liqanın ilk turunun 3 oyunu ertələnəcək
Bu həftə Azərbaycan Premyer Liqasında 2015/16 mövsüm&uum…
Bu həftə Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünə start veriləcək. Sayca 24-cü olan ölkə çempionatında ilk turun oyunları 8-9 avqustda keçirilməli idi.
Amma futbolinfo.az-a etibarlı mənbədən verilən xəbərə görə, Peşəkar Futbol Liqasının planları alt-üst olub. Bir neçə klubun müraciətindən sonra elan edilən təqvimdə dəyişiklik baş verib.
Avqusutun 8-də 2 oyun baş tutmalı idi. Ancaq "Rəvan" PFL-dən bəzi problemlərini həll etmək üçün vaxt istədiyindən bakılıların "Sumqayıt"la ev oyunu ertəsi günə keçirilib. Cari ayın 9-da keçirilməsi nəzərdə tutulan "Qəbələ" – "Qarabağ" və "Xəzər Lənkəran" – "İnter" matçları isə 10-da oynanılacaq. Buna sözügedən klublardan üçünün avrokuboklarda çıxış etməsi səbəb olub. "Qəbələ" və "İnter" cümə axşamı Avroliqa matçına çıxacağından çempionat oyunlarının avqustun 10-na keçirilməsini xahiş edib.
Bu barədə hələlik rəsmi qərar yoxdu. PFL-in Texniki İdman şobəsinin rəisi Zamiq Hüseynov əməkdaşımızla söhbətində mümkün dəyişiklik barədə sabah rəsmi məlumat veriləcəyini bildirdi və xəbəri nə təsdiq, nə də təkzib etdi.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi