Ölkə futbolu
Şaban Kamran
Növbəti mövsümdən Türkiyə PTT 1-ci Liqa təmsil…
Növbəti mövsümdən Türkiyə PTT 1-ci Liqa təmsilçilərindən "Karşıyaka"nın şərəfini qoruyacaq Kamran Ağayev artıq azarkeşlərin sevimlisinə çevrilib. Futbolinfo.az xəbər verir ki, yerli tərəfdarlar hətta milli komandamızın qapıçısına yeni ləqəb də qoyublar.
Belə ki, izmirli tərəfdarlar Kamranı "kapıcılar kralı" adlandırıb. Türkiyədə "qapıçı" sözünün qarşılığı "kaleci"di. Onlar "qapıçı" sözünü binalarda buyuruq işinə baxan adamlara deyirlər. Ağayevə qoyulan ləqəb məşhur türk aktyoru Kamal Sunalın (Şaban) da bu adda filmindən götürülüb.
Bundan başqa qolkiper qardaş ölkə mətbuatına açıqlama da verib: "Mən dolu tribunalar qarşısında daya yaxşı motivasiya olunuram. "Karşıyaka" azarkeşinin dəstəyi məni daha da həvəsləndirəcək".
Bu mövsüm penaltidən qol buraxmayacağını bildirən Ağayev fikrini belə izah edib: "Kayserispor"dan tanıdığım komanda yoldaşlarım və baş məşqçimiz Cüneyt Dumlupınar komandaya uyğunlaşmağımda kömək etdi. Növbəti mövsüm çempionluğa 1 nömrəli namizəd "Karşıyaka" olacaq".
Qeyd edək ki, 29 yaşlı qapıçı ötən mövsüm qış fasiləsindən sonra digər Türkiyə təmsilçisi "Kayserispor"un şərəfini qoruyub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq