Ölkə futbolu
"Seltik"ə azarkeşlik edən azərbaycanlılar
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ba?…
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində baş tutacaq "Qarabağ" – "Seltik" matçına azarkeş marağının çox olacağı şübhə doğurmur. Qarşılaşmaya 1 gün qalsa da, artıq sözügedən görüşə biletlər tükənmək üzrədi. Oyuna baxmaq üçün Şotlandiyadan təxminən, 250 azarkeş gələcəyi də gözlənilir. Onlara 28-ci sektorda yer ayrılıb.
Əldə etdiyimiz məlumata görə, 27-ci sektorda da "Seltik" tərəfdarlarının olacağı gözlənilir. Lakin bu fanatlar şotland yox azərbaycanlılardı. Onlar 28-ci sektorda yer alacaq britaniyalı azarkeşlərə yaxın olmaq üçün bu yeri seçdiyi deyilir.Həmin tərəfdarlar Bakıda yaşayan "Seltik" fanatlarıdı. Hətta onlar Britaniya klubunun rəmsilərinə də şotlandiyalı fanatlarla bir yerdə matça baxmaq üçün müraciət ediblər. Lakin klub təmsilçisi Şotlandiyadan 250 azarkeş gələcəklərini deyərək, bu təklifdən imtina ediblər.
Bundan başqa, bəzi "Neftçi" azarkeşlərinin də eyni sektorda "ağ-yaşıllar"a dəstək verəcəyi deyilirdi. Məsələylə əlaqədar "Forza Neftçi" fan-klubunun rəhbəri Sübhan Əliyevlə əlaqə saxladıq. Əliyev bu qarşılaşmaya qrup şəkilində getməyəcəklərini bildirdi. O, həmçinin fan-klub üzvlərindən kimlərinsə fərdi şəkildə bu matdçda Azərbaycanı təmsil etdiyinə görə "Qarabağ"a dəstək olacağını da qeyd edib və söylənənlərin yalan olduğunu söylədi.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…