Ölkə futbolu
Fan-klublar "Qəbələ"yə müraciət etdi
Sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab mat…
Sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində "Qəbələ" Kiprin "Apollon" klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, qarşılaşmaya hazırlıqalar davam edir.
Belə ki, əyalət təmsilçisininin media və marketinq üzrə meneceri Səməd Nəsibovdan aldığımız məlumata görə bu qarşılaşma ilə bağlı hazırlıqlar artıq yekunlaşmaq üzrədi. Həmçinin, oyunda təhlükəsizlik tədbirləri də həmişəki qaydada yerinə yetirləcək. Bundan başqa, klubun təhlükəsizlik xidmətinin üzvləri, polislər və könüllülərin xidmətində də istifadə olunacaq.
Bu gün saat 14:00-a olan məlumata görə, matç üçün satışa çıxarılan biletlərdən artıq 3200-ü öz sahibinə qovuşub. Kiprlilərlə görüşdə "Qəbələ" azarkeşləri tək olmayacaq. Belə ki, "Forza Neftçi", "Flaqman", "Qarabağsız Gənclər" və "Qarabağ Ultras" fan-klubları da bu oyunda təmsilçimizə dəstək vermək üçün klub rəhbərliyinə müraciət edib.
Qeyd edək ki, "Qəbələ" – "Apollon" matçı sabah saat 21:00-də "Bakcell Arena"da keçiriləcək.