Ölkə futbolu
“Turan Tovuz”un yeni rəhbəri Oqtay Abdullayev olacaq?
“Turan Tovuz”un yeni rəhbərinin kim olacağı ilə suala…
“Turan Tovuz”un yeni rəhbərinin kim olacağı ilə suala hələ də aydınlıq gəlməyib. Kimisi Nadir Nadir Nəbiyevin, kimisi isə Oqtay Abdullayevin bu kürsüyə yiyələnəciyini bildirir. Son zamanlar daha çox Azərbaycan Futbol Veteranları Birliyinin prezidenti Oqtay Abdullayevin adı hallanır.
Məsələyə aydınlıq gətirmək üçün Abdullayevin özü ilə əlaqə saxladıq: “Açığı, mən də bu barədə eştimişəm. Ancaq heç kimlə söhbətimiz olmayıb. Bildiyiniz kimi, hazırda çalışdığım iş yeri Gənclər və İdman Nazirliyinin balansındadı. Yəni, hər hansı bir vəzifə diyişikliyi üçün məndən əvvəl, Nazirliklə danışıq aparılmalıdı. Ancaq bütün hallarda, hələ ki, “Turan Tovuz”la bağlı mənə heç bir rəsmi söz deyilməyib”.