Milli komanda
Yığmamızdan darmadağın
19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Malta yığ…
19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Malta yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, Bayıl stadionunda baş tutan oyunda yığmamız 4:1 hesabı ilə qələbə qazanıb.
Nazim Süleymanovun çalışdırdığı komandanın qollarını İlkin Sadıqov, Ayxan Əsədov, Elnur Cəfərov və İsmayıl İbrahimli vurub.
Xatırladaq ki, bu komandalar arasında növbəti oyun avqustun 7-də, saat 20.00-da, Bayıl stadionunda keçiriləcək.
(affa.az)