Dünya futbolu
Alman klubuna silahlı hücum – FOTO
Almaniya futbolunda qalmaqallı hadisə yaşanıb. Futbolinfo.az xəb?…
Almaniya futbolunda qalmaqallı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Herta" (Berlin) silahlı hücuma məruz qalıb.
Yerli mətbuatın yazdığına görə, berlinlilər Almaniya Kubokunun 1-ci turu çərçivəsində "Arminiya Bilefeld"lə oyun üçün səfərə yollanarkən, hücuma məruz qalıb. Belə ki, Komandanın avtobusu Bilefeld şəhərində olarkən ona motosikletli şəxs tərəfindən silahla atəş açılıb. Güllə nəqliyyat vasitəsinin aynasına dəysə də, ölən və ya yaralanan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.