Premyer-liqa
Qriqorçuk: “Baş hakim qırmızı vərəqə epizodunu heç özü də izah edə bilməz” – VİDEO
Topaz Premyer Liqasının 1-ci turunun mərkəzi görüşü…
Topaz Premyer Liqasının 1-ci turunun mərkəzi görüşündə üz-üzə gələn “Qəbələ” və “Qarabağ” məhsuldar heç-heçəyə imza atdı. 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk çempionatın yayım hüququna sahib CBC kanalına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis qapılarına təyin olunan penaltı epizodu, komandasının 6 nömrəli futbolçusu Rəşad Sadiqova göstərilən qırmızı vərəqə və Cavid Hüseynovun yoxluğu barədə danışıb.
Qriqorçuk ilk olaraq oyun barədə fikirlərini bildirib: “Qarşılaşma heç-heçə bitibsə, deməli, belə də olmalı imiş. Nəticədən gileylənməyə əsas görmürəm. Komandalar kifayət qədər yüksək sürət göstərməyə çalışdılar. Əlbəttə, bundan da sürətli oynamaq olar. Ancaq sərgilənən futbolu da pis adlandırmaq olmaz”.
50 yaşlı mütəxəssis baş hakim Əliyar Ağayevin kobud səhvə yol verdiyini də qeyd edib: “Qapımıza təyin olunan penalti müzakirə obyekti ola bilməz. Hakim tamamilə düzgün qərar qəbul etdi. Epizodun təkrarına belə baxmağa ehtiyac duymuram. Ancaq Rəşad Sadıqova verdiyi qırmızı vərəqəni nəyə görə göstərdiyini heç özü də izah edə bilməz”.
Sonda Qriqorçuk Cavid Hüseynovun yoxluğuna dair də fikirlərini bildirib: “Əlbəttə, Hüseynovun yeri görünürdü. O, komandanın dəst-xəttini müəyyənləşdirən futbolçulardandı. Ancaq “Qəbələ” elə bir komandadı ki, bir nəfərdən asılı deyil. Hər bir oyunçunu əvəz etməyə gücümüz çatır”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə