Premyer-liqa
Qurbanov: "Ən yaxşı formada olan komandaya qarşı oynadıq"
Bu gün Topaz Premyer Liqasında ilk tura yekun vurulub. Futbolinf…
Bu gün Topaz Premyer Liqasında ilk tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" evdə "Qarabağ"la 2:2 bərabərə qalıb.
Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov bu sözləri deyib:
“Mən çempionatın başlanması münasibəti ilə hər kəsi təbrik edirəm. Bizim işimiz futboldu. Birimiz qaçırıq, birimiz düşünürük, digərimiz yazırıq. Futbol bizim ümumi işimizdi. Odur ki, mən mərhum jurnalist Rasim Əliyevə və veteran futbolçumuz Mübariz Zeynalova Allahdan rəhmət diləyirəm. Düşünürəm ki, biz bu oyuna köklənə bilməmişdik. Son hadisələr hər birimizə təsir edir".
Qurbanov rəqibdən də söhbət açıb: "Hesab edirəm ki, biz ən yaxşı formada olan komandaya qarşı oynadıq. “Qəbələ”nin Avropa Liqasında irəliləməsi xoşdu. Ümumi götürsək, oyundan razı qaldım. Müəyyən çatışmazlıqlar vardı. Məncə, çempionat üçün heyəti formalaşdırmaq çətin olacaq. Bunun üçün zamana ehtiyac var”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq