Bizi izləyin

Premyer-liqa

Başladılar

Nəhayət ki, başladı. Topaz Premyer Liqasının 1-ci turu arxada qa…

blank
Nəhayət ki, başladı. Topaz Premyer Liqasının 1-ci turu arxada qaldı. Keçirilən 5 oyunun 3-də qalib müəyyənləşməsə də, futbolsevərlər kifayət qədər maraqlı görüşlərə şahidlik etdilər. Bu qəbildən xüsusilə, “Neftçi” – “Kəpəz” və “Qəbələ” – “Qarabağ” qarşılaşmalarını qeyd etmək olar.
Doğrudu, paytaxtdakı qarşılaşmada qapılara qol vurulmadı. Heç qapıçıların üzərinə o qədər çox iş də düşmədi. Ancaq bir çox məqamlar maraq doğururdu. Başlayaq meydan sahiblərindən. 
Hələ çempionatın startına bir neçə gün qalmış “Neftçi”nin baş məşqçisi Samir Əliyev saytımıza verdiyi müsahibədə heyətin mütləq güclənməli olduğunu vurğulamışdı. Oyun da göstərdi ki, gənc mütəxəssis tamamilə haqlıdı. Doğrudu, o, sanballı futbolçu almaq üçün 2-3 tur əlindəki materialdan istifadə etməyə hazır olduğunu dilə gətirmişdi, lakin “Kəpəz” lə qarşılaşma göstərdi ki, “ağ-qaralar” tələsməlidi. Çünki yenilər nə qədər tez gəlsələr, bir o qədər də tez komandaya alışarlar.
Xüsusilə, müdafiə və hücum xəttindəki boşluqlar özünü qabarıq şəkildə göstərdi. Bəzi epizodlarda qonaq komandanın futbolçuları təkbaşına bütün müdafiə xəttini yarmağa müvəffəq olurdular. Mərkəz müdafiəçisi mövqeyində oynayan Elvin Bədəlovun  medallar uğrunda mübarizə aparan komandaya yaraşmaması barədə isə dəfələrlə yazmışıq. 
“Kəpəz” yaxşı mənada təəccübləndirdi. Gəncəlilərin ilk turdaca konkret oyun dəst-xətti ilə seçiləcəklərini gözləmək sadəlövhlük olsa da, Şahin Diniyev qısa zaman kəsiyində inanılmazı həyata keçirdi. Əlbəttə, ilk tur adadıcı ola bilər. Əlbəttə, “Neftçi” ən parlaq dövrlərindən çox zəifdi. Lakin bu, “Kəpəz”in futboluna kölgə sala bilməz. Gəncə təmsilçisinin heyətində Junior da Silva daha çox seçilirdi. Dəfələrlə oyunu üzərinə götürən qaradərili futbolçu əksər hallarda başladığı hücumu məntiqi ötürmələr və ya zərbəylə başa çatdıra bilirdi. Diniyev qapı xəttinə görə də rahat ola bilər. Tadas Simaitisin qoruduğu qapının torunu silkələmək heç də asan məsələ olmayacaq.
Oyunda ilk tur üçün sürət kifayət qədər yüksək olsa da, bir məqam məyus etdi. Bu da qapılar qarşısında qol epizodlarının az olması. Ancaq bu amili məhz çempionatın startı ilə əlaqələndirmək olar.
“Zirə” – AZAL matçında ən böyük maraq doğuran məqam ötən mövsüm “təyyarəçilər”in şərəfini qoruyan bir çox futbolçunun debütantın sıralarına keçməsi idi. Sabiqlər Tərlan Əhmədovnun komandasına aman vermədilər. Artıq 5-ci dəqiqədə Viktor İqbekoi sabiq komandasını məyus etdi: onun cərimə meydançası daxilindən endirdiyi zərbə yaxın “doqquzluğ”a sancıldı. Ümumilikdə, ərazi üstünlüyünə sahib olan Adil Şükürovun yetirmələri ilk yarıda yalnız bir epizodda ciddi təhlükə ilə üz-üzə qaldılar. Lakin Məhəmməd Bədəlbəyli Anar Niyazovla üz-üzə qaldığı epizodda, topu “doqquzluğ”a dəqiq göndərə bilmədi və “mərmi” qapı çatından azacıq aralı keçdi.
İkinci hissədə də Tərlan Əhmədovun yetirmələri bir neçə dəfə meydan sahiblərinin qapısı qarşısında təhlükəli epizodlar yarada bildilər, lakin bu, debütantın ilk qələbəsini rəsmiləşdirməyə mane olmadı.
Tərəflərdən birinin qələbəsi ilə nəticələnən digər qarşılaşma Lənkəranda baş tutub. Cənublular oyunun taleyini ilk yarıdaca həll etməyi bacarıblar. Məlum səbəblər üzündən yeni transferlərin xidmətindən yararlana bilməyən Yunis Hüseynov gənclərə bel bağlamaq məcburiyyətində qalıb. Lakin artıq 7-ci dəqiqədə Avropa Liqasının 3-cü mərhələsindən kənarlaşdırılan paytaxt təmsilçisi meydanın mərkəzinə dəvət olunub: Elnur Cəfərovun yaxın küncə endirdiyi o qədər də güclü olmayan zərbəni görməyən Səlahət Ağayev kapitulyasiya edib.
Buraxılan qoldan sonra “İnter” fəallaşsa da, fərqlənən tərəf yenə də cənublular olub. Fərdi ustalıq sayəsində müdafiəçilərdən sıyrılan Rahid Əmirquliyev fərqi artırıb. Zaur Svanadzenin yetirmələri bir neçə dəfə rəqib qapısının torunu silkələməyə yaxın olublar. Lakin Orxan Sadıqlının inamlı oyunu onların heç olmasa təsəlli qolunu vurmasına imkan verməyib.
Əlbəttə, bu oyunla Lənkəran təmsilçisinin medallar uğrunda mübarizə aparması müşkül məsələdi. Lakin unutmayaq ki, komandanın aparıcı qüvvəsi bu görüşdə iştirak etməyib və əsl “Xəzər Lənkəran”ı yalnız sentyabrdan etibarən görəcəyik. Belədə isə gümüş medalçıyla oyunda aktivinə yazılan 3 xal Lənkəran təmsilçisi üçün qızıldan qiymətlidi.
“İnter”ə gəlincə, Zaur Svanadze yetirmələrinin yorğunluğunu önə çəksə də, bu, bəhanədən başqa bir şey deyil. Paytaxt klubunun faktiki olaraq, “Xəzər Lənkəran”ın ehtiyat qüvvəsinə məğlub olması ciddi siqnal olmalıdı. 
“Rəvan” – “Sumqayıt” qarşılaşmasında qapılara qol vurulmayıb. Çempionatın potensial autsayderlərinin görüşündə meydan sahibləri oyuna daha fəal başlayıblar. Bunun məntiqi nəticəsi kimi Ramazan Abbasov hesabı açmaq şansı yaxalayıb. Lakin qonaqların qapıçısı Şəhruddin Məhəmmədəliyevlə randevuya yollnmasına topu normal ram edə bilməməsi mane olub. Bir qədər sonra Samuel Barlay əla fürsəti boşa verib. Tədricən ərazi üstünlüyünə yiyələnən daha təcrübəli “Sumqayıt” ilk yarının sonlarına yaxın azlıqda qalıb. Daim çılğınlığı ilə seçilən Ağabala Ramazanov komandasının müdafiə olunmasını “təmin” edən qırmızı vərəqəylə cəzalandırılıb. 
Düşünmək olardı ki, Emin Quliyevin yetirmələri bu hədiyyədən yararlanmaq üçün irəli atılacaqlar. Lakin ikinci hissədə heç bir fəallıq göstərməyən meydan sahibləri qolsuz bərabərliyə öz “mübarək imzaları”nı atıblar.
Turun ən məhsuldar oyununda hər şey oldu: qollar, qırmızı vərəqə, penalti, hakim səhvləri. Cavid Hüseynovun xidmətindən imtina edən “Qəbələ” bir sıra dəyişikliyə də əl atmışdı. Aleksey Antonovu ehtiyata göndərən Roman Qriqorçuk hücumun sivri ucunda Sergey Zenyova şans tanımışdı. Elvin Camalovun ilk 11-likdə meydana çıxması isə AFFA-nın 21 yaşadək futbolçulara dair məlum qərarı ilə bağlıdı. Elə Qurban Qurbanov da bir sıra rotasiyalarla yadda qaldı. Dani Quintanaya istirahət verən təcrübəli mütəxəssis Coşqun Diniyevə start heyətində özünü göstərmək şansı verdi. 
Diniyevdən söz düşmüşkən, mərkəz yarımmüdafiəçisi axşamkı oyunda özünü heç də pis tərəfdən göstərmədi. Ancaq eyni sözləri mərakeşli Əl Hərbi El Jadeuyi haqda demək olmur. Qurbanov mərakeşli vingerə kifayət qədər oynamaq şansı qazandırsa da, o, hələ də mənfi saldo ilə yadda qalır.
İlk yarı meydan sahiblərinin ərazi üstünlüyü şəraitində keçdi və bunun məntiqi nəticəsi kimi, tərəflər fasiləyə 1:0 hesabı ilə yollandılar. Lakin ikinci hissədə hər şey dəyişdi. Əvvəlcə penlati, bir qədər sonra qırmızı vərəqə, “Qəbələ”nin bütün planlarını alt-üst etdi. Bərabər hesab qonaqları qane etsə də, Rəşad Sadiqovun heç də qırmızı vərəqəyə layiq olmayan epizodda meydandan qovulması, qonaqların fəallaşmasını şərtləndirdi. Penaltini dəqiq yerinə yetirən Riçard Almeyda çempionatda ilk “dubl”un müəllifi olmaqla, çempionu hesabda önə çıxardı. Lakin son dəqiqələrdə Rəşad Sadıqovun kobun səhvi “Qarabağ”ın cari mövsümdə keçirdiyi 5-ci rəsmi görüşdə (ilk dördünü Çempionlar Liqasının təsnifat mərhəlsəində keçiriblər) 2-ci qələbəsini rəsmiləşdirməyə imkan vermədi. Ancaq qeyd edək ki, “Qəbələ” bu oyunda məğlub olmamağa layiq idi və tabloda ən ədalətli yekun nəticə əks olundu – 2:2.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Dünya futbolu2024-05-19 17:00

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

blank
Əvəzedicilər2024-05-19 16:42

Əvəzedicilərin yarışında 35-ci turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-05-19 16:25

Teves baş məşqçisi olduğu klubdan ayrıldı

blank
Digər idman növləri2024-05-19 16:06

“İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi”

blank
Premyer-liqa2024-05-19 16:00

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Digər idman növləri2024-05-19 13:28

MBA-da daha bir yarımfinalçı məlum oldu

blank
Digər idman növləri2024-05-19 13:16

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-19 12:54

Voleybol məşqçiləri üçün seminar keçirilib

blank
Digər idman növləri2024-05-19 12:35

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-19 12:17

Bu gün final seriyasının ikinci oyunu keçiriləcək

blank
Digər idman növləri2024-05-19 11:56

Millimiz növbəti sınağına çıxır

blank
Dünya futbolu2024-05-19 11:49

Krivotsyukun komandası evdə xalsız qaldı

blank
Dünya futbolu2024-05-19 10:59

38-ci dəfə çempion oldular

blank
Ölkə futbolu2024-05-19 10:44

Mahirin 2024-cü ildə ilk oyunu

blank
Premyer-liqa2024-05-19 09:00

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-05-19 08:00

Hər şey son tura qaldı

blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm