Müsahibə
Qriqorçuk: “Ancaq öz futbolçularımı yox, hər kəsi belə şeylərdən uzaq olmağa çağırıram”
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorç…
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun futbolinfo.az saytına müsahibəsi:
– Qarşıdan “Panatinakos”la çətin matç gəlir. Bu oyuna hazırlıqlarınız necə gedir?
– Əvvəl keçdiyimiz məşqlərdən fərqli olaraq, xüsusi bir qrafikə uyğun hazırlıq keçirik. Bu adi hazırlıq deyil, bir az sərtdi.

– Cavid Hüseynovun yoxluğundan sonra oyun planında hansı dəyişikliklərə əl atacaqsınız? Ümumiyyətlə, son hadisələrdən sonra komandada psixoloji vəziyyət nə yerdədi?
– Mövsüm başa çatandan sonar komandamız yenidən yığılıb. Cavid Hüseynov bu yeni heyətdə əsas futbolçulardan biri idi. Onun yoxluğu bizim üçün itkidi. Amma Cavid olmasa, bizim başqa futbolçularımız da var.

– Bundan öncəki mərhələdə rəqib Kipr təmsilçisi idi, baş verən təxribatları hamımız gördük. İndi isə Yunanıstan klubu ilə qarşılacaqsınız. Futbolçulara rəqib azarkeşlərin təxribatına uymaması baxımından nə kimi tapşırıqlar vermisiniz?
– Komandada mətbəxdə işləyəndən oyunçulara kimi hamı istəyərdim ki, yalnız futbol barədə düşünsün və təxribat xarakterli şeylərə diqqətimizi yönəltməməliyik. Ancaq öz futbolçularımı yox, hər kəsi belə şeylərdən uzaq olmağa çağırıram. Matça gələn hər kəsi yalnız futbol maraqlandırmalıdı. Bunu da biz – futbol adamları etməliyik. Çünki insanlar pis şeydən uzaqlaşıb, futbola baxmağa gəlirlər və bundan zövq almalıdılar. Bunu da futbolçular öz keyfiyyətli oyunu ilə etməlidi.

– Əvvəlki 3 mərhələdə ilk matçlar səfərdə baş tutub. İndi isə əksinə olacaq. Bunu yaxşı, yoxsa pis hal kimi dəyərləndirirsiniz?
– İlk mərhələnin 1-ci matçını evdə oynamağı çox istəyirdim. Çünki biz hələ komandanın durumunun nə yerdə olduğunu bilmirdik. Amma sonrakı qarşılaşmaların heç birində bunun mənim üçün heç bir əhəmiyyəti yoxdu. Çünki burda üstünlük və mənfi bir şey yoxdu.

– “Apollon”la matçdan sonra başınıza “aerodrom kepka” qoyaraq, futbol ictimaiyyətini təəccübləndirdiniz. “Panatinaikos” səddi keçiləcəyi təqdirdə bizi nə kimi surpriz gözləyir?
– Belə surprizləri biz tez-tez yox, arada bir etməliyik. Hazırda ancaq futbol haqqında düşünürəm, heç nə planlaşdırmamışam.

ELMAR ABDULLA-ZADƏ