Premyer-liqa
"Rəvan" legioneri qaytarır
"Rəvan" baxışa çağırdığı futbolçuları…
"Rəvan" baxışa çağırdığı futbolçularından birini qaytarmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, bu, litvalı hücumçu Mindauqas Kalonasdı.
Əldə etdiyimiz məlumata görə, forvardın hazırkı durumu "aslanlar"ı qane etməyib. Bu səbəbdən də, litvalı göndəriləcək.
Bundan başqa, bir neçə gün öncə komandanın düşərgəsinə qoşulan ukraynalı müdafiəçi Artyom Butenin isə hələ də baxışdadı. Məşqçilər korpusu onun çıxışından razı qalsa, müqavilə bağlanılacaq.
Qeyd edək ki, Kalonas əvvələr də "Rəvan", "Bakı" və "Simurq"un şərəfini qoruyub.