Müsahibə
Elnur Cəfərov: "Xəzər Lənkəran"ın əsl gücü onda bilinəcək"
"Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfəro…
"Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfərovun futbolinfo.az saytına müsahibəsi:
– Əvvəla "Sumqayıt"la ötən tur başa tutan oyun barədə fikirlərini bilmək istərdik. Qalib gəlməyinizə nə mane oldu?
– Bu matçda qalib gəlməli idik. Lakin qələbəni əldən verdik, oyun hədər getdi. Qol vurmaq üçün bir neçə şansımız oldu. Lakin istifadə edə bilmədik. Qarşılaşmanı izləyənlər də gördü ki, "Sumqayıt"dan üstün oyun nümayiş etdirdik. Sadəcə, bəxtimiz gətirmədi.

– Ümumiyyətlə, mövcud heyətlə qarşılaşmadan öncə heç-heçəni sizin üçün uğurlu saymaq olardımı?
– Rəqib meydanda 1 xal qazanmaq əlbətdəki uğurludu. Düzdü, heyətimiz əsasən, gənc futbolçulardan qurulub. Amma ötən mövsüm təcrübə topladıq. İndi hamı öz gücün ortaya qoyub, oyununu göstərir. Matçdan öncə qələbə qazanmaq istəyirdik, bəxtimiz gətirmədi.
– Baxmayaraq ki, 2 tur arxada qalıb, mövsümün startını "Xəzər Lənkəran" üçün uğurlu saymaq olar?
– İlk 2 turdan sonra 4 xal toplamışıq. Məncə, pis nəticə deyil. Qarşıda bizi "Rəvan"la oyun gözləyir. Həmin görüşdən sonra heyətə yeni transferlərimiz qoşulacaq. "Xəzər Lənkəran"ın əsl gücü onda bilinəcək.

– Yeni transferləriniz komandaya qoşulandan sonra heyətdəki yerini itirməkdən qorxmursan?
– Xeyr, mən bundan qorxmuram. Oyunumundan çox şey asılıdı. Əgər uğurlu çıxış edə bilsəm, məşqçi də mənə şans verəcək. Belə deyək, yaxşı çıxış etməsəm, bu, mənim günahım olar. Sırf limitə görə yox, öz oyunuma görə "ilk 11lik"də meydana çıxmaq üçün çalışacam.

– "Xəzər Lənkəran"ın cari mövsümdə əsas hədəfləri nədi? Sizcə, medal qazanmaq şansınız nə dərəcədə realdı?
– Neçə vaxtdı Avropa Liqasına vəsiqə qazana bilmirik. İlk hədəfimiz budu.

– Yunis Hüseynov daha əvvəl işlədiyin məşqçilərdən nə ilə fərqlənir?
– Yunis bəy əla kollektiv yaradıb. Matçdan öncə yeni transferlərimiz gəlib, bizə dayaq olur, həvəsləndirirlər.

– Yenidən milli komandaya düşmək şansını necə dəyərləndirirsən? Robert Prosineçkidən təklif gözləyirsənmi?
– Hədəfim milli komandadı, öz şansımı gözləyirəm. Fürsət düşsə, yararlanmağa çalışacam.

ELMAR ABDULLA-ZADƏ