Premyer-liqa
AFFA "Xəzər Lənkəran"ı cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 3-cü turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
“Xəzər Lənkəran” – “Rəvan” matçında qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Həmin qarşılaşmanın 48-ci dəqiqəsində Ev sahibi komandanın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubuna 200 manat cərimə kəsilib. Oyunun 90+1-ci dəqiqəsində Cənub təmsilçisinin digər futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Qəbələ” – “Kəpəz” matçında qonaqların 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Zirə” – “İnter” matçında ev sahiblərinin 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat məbləğində cərimə kəsilib.
(pfl.az)