Premyer-liqa
Daha bir stadion təmirə bağlandı – FOTO
Premyer Liqada yaranan fasilə zamanı “Xəzər Lənkəran&rdquo…
Premyer Liqada yaranan fasilə zamanı “Xəzər Lənkəran” mərkəzi stadionunda təmir işlərinə başlanılıb. Futbolinfo.az xəbər verir ki, arenanın əsas meydançasının bir o qədər də yaxşı vəziyyətdə olmayan ot örtüyünə xüsusi quluq edilir, yeni toxum səpilir.
Bu işlərin yaxın bir həftəyə yekunlaşdırılması planlaşdırılıb. Bir ay ərzində isə meydançada yeni ot örtüyünün bitəcyi gözlənilir.
Xatırladaq ki, Cənub təmsilçisi sentyabrın sonuna qədər doğma meydanda oyun keçirməyəcək. Belə ki, Premyer Liqanın IV turunda “Qarabağ”ın ardıyca da “Neftçi”nin qonağı olacaq "ağ-yaşıllar" yalnız VI tur çərçivəsində sentyabrın 27-də doğma arenada “Zirə”ni qəbul edəcək. Beləliklə də, bir aylıq zaman kəsiyi “Fırtınalar meydanı”nda ot örtüyünün bərpası üçün əlverişli şərait yaratmış olacaq.
(12cioyuncu.info)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…