Ölkə futbolu
Rasim Abışov qayıtmaq istəyir: “Elita komandasının baş məşqçisi olmaq iddiasında deyiləm”
Azərbaycan futbolunun tanınmış veteranlarından olan Rasim Abışo…
Azərbaycan futbolunun tanınmış veteranlarından olan Rasim Abışov hazırda Rusiya Federasiyasının Stavropol şəhərində yaşayır. Şəhərin eyniadlı komandasının aşağı yaş qrupları üzrə komandalarında çalışan Abışov “artıq bəsdir” deyib vətənə qayıtmaq istəyir.
Bu barədə futbolinfo.az saytına sabiq müdafiəçinin özü məlumat verib: "Uzun müddət orada oynamışam, indi də çalışıram. Vəziyyətimdən narazı deyiləm. Amma hazırda əsas arzularımdan biri vətənə qayıtmaqdır. Futbolda qazandığım bilikləri özümüzünkülərlə paylaşmaq istəyirəm. Mən hansısa elita komandasının baş məşqçisi olmaq iddiasında deyiləm. Aşağı yaş qruplarında çalışmaq da məni qane edir".
Oynadığı dönəmdə çox yüksək fiziki göstəriciləri ilə diqqət mərkəzində olmuş Abışov "Neftçi"də, eləcə də milli komandamızda uzun müddət çıxış edib.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”