Dünya futbolu
PSJ Kavani ilə yollarını ayıracaq
PSJ Uruqvay millisinin hücumçusu Edinson Kavani ilə yolla…
PSJ Uruqvay millisinin hücumçusu Edinson Kavani ilə yollarını ayıra bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Belə ki, Paris təmsilçisi gələn yay heyətlə bağlı ciddi dəyişiklər edəcək. Komandadan gedəcək futbolçulardan biri isə Kavani olacaq. Bir müddət öncə adı “Çelsi” və “Mançester Yunayted”lə birgə hallanan Kavaninin gələn il İngiltərəyə gedəcəyi inandırıcı görünür.
Qeyd edək ki, Kavani PSJ-yə 2013-cü ildə “Napoli”dən transfer olunub. O, hazırkı komandasının heyətində ümumilikdə 96 oyunda 56 qola imza atıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə