Bizi izləyin

Ölkə futbolu

Təmsilçilərimiz Nyondan qayıtdı: “Çox səmərəli tədbir idi”

Bir neçə gün öncə UEFA-nın Nyondakı mənzil-qəra…

blank
Bir neçə gün öncə UEFA-nın Nyondakı mənzil-qərargahında avrokuboklarda mübarizəsini davam etdirən klubların mətbuat xidmətlərinin forumu baş tutub. Tədbirdə ölkəmizi klublarında həmin vəzifəni icra edən “Qəbələ”dən Anar Hacıyev, “Qarabağ”dan Nurlan İbrahimov təmsil edib.
 
 
Tədbirin əsas məqsədi və müzakirə olunan mövzular haqqında Hacıyev futbolinfo.az saytına danışıb: “Bu foruma avrokuboklarda iştirak edən klubların mətbuat nümayəndələri dəvət alımışdı. Bir neçəsi xaric hamısı tədbirdə iştirak etdi. Forum arıtq 4-cü dəfə keçirilirdi. İştirakçıların bütün xərcləri UEFA tərəfindən qarşılandı. Bir gün ərzində – səhərdən axşamadək media nümayəndələri bir yerdə olduq. Konfransın açılışını UEFA-nın Media və ictimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pedro Pinto etdi. Forumun keçirilməsində əsas məqsəd klubların mətbuaxt xidmətlərinin hamısını bir yerə yığmaq və münasibətlərin qurulmasına kömək etmək, klubların media ilə bağlı problemlərinin həll olunması və müxtəlif lahiyələrin həyata keçirilməsinə dəstək olmaq idi. Bundan başqa, oyunöncəsi və sonrası yayımın tələblərinin yerinə yetirilməsi, onlara dəstək olunması və klubların sosial şəbəkələrdə işləri ilə bağlı da çıxışlar oldu. UEFA-nın media üzrə mütəxəssisi və konfransın əsas təşkilatçılarından olan Cim Aqnyu isə yeniliklərdən danışdı. Həmçinin, UEFA tərəfindən klublar haqqında verlişlərin çəkilməsi də planlaşdırılır və bu haqda da müəyyən danışıqlar aparıldı. UEFA-nın İnformasiya və Kompüter texnologiyası departamentinin rəhbəri Daniel Marion Avropa futbolunda texnoloji inkişaf mövzusunda çıxış etdi. Ardınca, görülən işlərlə əlaqədar bir neçə videorolik nümayiş olundu.  Futbol qurumun təkcə böyük yox, kiçik komandalarla da bağlı lahiyələri videoçarxlarda öz əksini tapmışdı. Tədbirdə ilk dəfə iştirak edən klub nümayəndələri də oldu. Onlarla ayrılıqda da söhbətlər olundu”.
 
 
Hacıyev həmçinin, Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda olan komandaların media nümayəndələri ilə də görüşüb: “Avropa Liqasında yer aldığımız klubların media nümayəndələri ilə də görüşmək imkanımız oldu. Onlarla bəzi məsələrləri qısa da olsa, müzakirə etdik və bir-birimizlə əlaqə saxlamaq üçün koordinatlarımızı verdik”.
 
 
Yekunda isə bu cür tədbirlərin hansı tezliklə keçirilməsi haqqında müzakirələr aparılıb: “Tədbirin yekununda eyni anda AÇSO çərçivəsində keçirilən bütün qarşılaşmalara eyni anda baxmaq imkanımız oldu. Sonra bu cür tədbirlərin hansı tezlikdə keçirilməsi müzakirə olundu. Tövsiyyə edildi ki, ildə minimum 2 dəfə baş tutsun”.
 
 
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə İsveçrədəki toplantı ilə bağlı bunları danışıb: “Tədbir 4-cü dəfədi ki, təşkil olunur. Səhv etmirəmsə, ilk dəfə idi ki, Azərbaycandan kimsə təmsil olunurdu. Orada bir çox mövzularda müzakirələr aparıldı. UEFA klubların yanında olmaq  və təşkilatçılıq funksiyalarını almaq istəyir. Burda da əsas məsələ media işinin və klubun mətbuat nümayəndələrinin səlahiyyətində olan məsələlərin qurulmasıdı. Eyni zamanda təkmilləşdirmə ilə bağlı da müzakirələr oldu. Ümumi götürsək, həm inteqrasiya, həm də digər yeniliklərin öyrənilməsi baxımından çox səmərəli tədbir idi”.
 
 
İbrahimov da Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin mətbuat xidmətlərinin rəhbərləri ilə görüşdüyünü bildirib: “Tədbirdə iştirak edənlər avrokuboklarda yer aldıqları qruplara əsasən bölünümüşdü. Mənim yanımda “Tottenhem” , “Anderlext” və “Monako” nümayəndələri yer almışdı. Hər 3 klubun nümayəndəsi də tədbirdə iştirak edirdi. Hətta “Anderlext”in mətbuat katibi məşhur televiziyaçıdı. UEFA ondan müsahibə də götürdü. Öz aramızda təşkilatçılıq, mətbuat konfranslarının vaxtı və tərcüməçiliklə bağlı söhbətlərimiz oldu”.
 
 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-08 00:56

ÇL-də ilk finalçı bəlli oldu

blank
Dünya futbolu2024-05-08 00:28

“Beşiktaş” finalda

blank
Dünya futbolu2024-05-07 23:19

“Çelsi”dən “Fluminense”yə

blank
Milli komanda2024-05-07 22:55

AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama

blank
Digər idman növləri2024-05-07 22:25

“Sabah”dan yarımfinalın ilk oyununda asan qələbə

blank
Digər idman növləri2024-05-07 21:37

Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi

blank
Müsahibə2024-05-07 19:01

Letiç Baxşıyevlə razı deyil: “Oyun böyükhesablı qələbəmizlə bitməliydi”

blank
Ölkə futbolu2024-05-07 18:48

“Şahdağ Qusar”dan darmadağın

blank
Digər idman növləri2024-05-07 18:33

Çin Olimpiada zamanı müharibələrin dayandırılmasını istəyir

blank
Əvəzedicilər2024-05-07 18:16

“Qəbələ”nin əvəzedicilərindən inamlı qələbə

blank
Dünya futbolu2024-05-07 17:58

“Qarabağ”ın sabiq qapıçısı milli karyerasını başa vurdu

blank
Digər idman növləri2024-05-07 17:39

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Dünya futbolu2024-05-07 17:17

“Mançester Yunayted”dən antirekord

blank
Ölkə futbolu2024-05-07 16:55

Azərbaycan Kubokunun qalibi bəlli oldu

blank
Digər idman növləri2024-05-07 16:35

Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb

blank
Digər idman növləri2024-05-07 16:20

Bərdədə uşu-sanda yarışı

blank
Digər idman növləri2024-05-07 16:02

Məşhur idmançılar moda gecəsində

blank
Digər idman növləri2024-05-07 15:47

Fransanın Olimpiada üçün hazırladığı qoruyucu sistem PUA ilə kondisioneri səhv salır

blank
Ölkə futbolu2024-05-07 15:32

Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq

blank
Dünya futbolu2024-05-07 15:15

“Ayaks” son 24 ildə ilk dəfə bu aqibətlə üzləşdi

blank
Digər idman növləri2024-05-07 15:00

Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-07 14:42

“Qarabağ”dan 6/6, Sxadadzenin gecikən qələbəsi

blank
Digər2024-05-07 14:31

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

blank
Milli komanda2024-05-07 14:20

Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?

blank
Milli komanda2024-05-07 14:16

Millimiz İnkişaf Turnirində son oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-07 14:00

“Yarımfinal matçlarında favorit yoxdur”

blank
Dünya futbolu2024-05-07 13:45

İlkay “Barselona”da xoşbəxt deyil

blank
Digər idman növləri2024-05-07 13:31

Nyu York klubu önə keçdi

blank
Digər idman növləri2024-05-07 13:14

Las-Veqasda Formula 1-in ləğvi üçün petisiya

blank
Digər idman növləri2024-05-07 13:00

MBA-da ilin debütantı məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm