Ölkə futbolu
"Rəvan" gürcülərlə gücünü sınadı
AÇ-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaq…
AÇ-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Rəvan daha bir yoxlama matçı keçirib. Futbolinfo.az xəbər verir ki, bakılılar Tiflisdə Gürcüstanın elita təmsilçisi "Saburtalo” ilə qarşılaşıb.
Görüş Emin Quliyevin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “sarı-qırmızılılar”ın heyətində Məmməd Quliyev, Tural Qürbətov və baxışda olan Kənan Manafov fərqləniblər.
Bu matçda yoxlanışda olan Alibobo Raxmatullayev də forma geyinib. Özbəkistan millisinin üzvü barədə yaxın günlərdə yekun qərar veriləcək.
Qeyd edək ki, bu gün Bakıya qayıdacaq “Rəvan” ilk yoxlama oyununu Zaqatalada şəhərin eyni adlı komandasına qarşı keçirmiş və görüş qolsuz bərabərliklə yekunlaşmışdı.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”