Premyer-liqa
"Kəpəz"lə oyun öncəsi 5 qol
Topaz Premyer Liqasının 4-cü turunda doğma azarkeşləri qarş…
Topaz Premyer Liqasının 4-cü turunda doğma azarkeşləri qarşısında "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "kimyaçılar" bu oyuna hazırlıq məqsədi ilə əvəzedici komanda ilə yoxlama matçı keçirib.
Qarşılaşma 5:3 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb. Dünən axşam fitness zalında hazırlığını davam etdirən Aqil Məmmədovun komandası bu gün istirahət edəcək. Heyətdə zədəli futbolçu yoxdu. Sumqayıtlılar sabah "Kapital Bank Arena"da 10:30-da növbəti məşqinə çıxacaq.
Qeyd edək ki, "Sumqayıt" – "Zirə" oyunu sentyabrın 13-də "Kapital Bank Arena"da keçiriləcək.