Premyer-liqa
Şahin Diniyev: Həyəcanlı deyildim desəm, yalan olar
Topaz Premyer Liqasının X turu çərçivəsində ke&cced…
Topaz Premyer Liqasının X turu çərçivəsində keçirilən "Neftçi” – "Rəvan” qarşılaşmasının diqqətçəkən məqamlarından biri də qonaq komandanın yeni baş məşqçi ilə ilk oyununa çıxması oldu. Futbolinfo.az xəbər verir ki, Şahin Diniyev "aslanlar”ı ilk rəsmi oyuna çıxarmaqla həm də 8 ilə yaxın fasiləyə son qoydu.
Söhbət Diniyevin ölkə çempionatına qayıdışından gedir.
Belə ki, 47 yaşlı mütəxəssis sonuncu dəfə Azərbaycan çempionatında 2005-ci il dekabrın 18-də iş başında olmuşdu. O vaxt "Kəpəz” ilə səfərdə MOİK-i 3:0 hesabı ilə məğlub etdikdən sonra Şahin Diniyev Azərbaycan milli komandasının "sükanı” arxasına keçmişdi. 8 ilə yaxın müddət keçəndən sonra Diniyev yenidən çempionatımızın ab-havasını hiss etdi. Dönüşü haqda baş məşqçi özü danışacaq: "Həyəcanlı deyildim desəm, yalan olar. Əlbəttə, həyəcan var idi. Amma bu 8 ildə xeyli təcrübə toplamışam, futbola baxışım dəyişib. Birinci oyundaca çempiona qarşı oynamaq heç yaxşı olmadı. Yetirmələrim 1 həftəlik hazırlıqdan sonra "Neftçi” ilə bir hissə başa-baş mübarizə apara bildi. Fiziki-funksional hazırlıq tam qaydasında olmadığından ikinci yarıda çətinlik çəkdik. Amma biz tədricən "artıracağıq”.
Diniyev ötən bu 8 il ərzində çempionatımızın səviyyəsinin qat-qat yüksəldiyini də söylədi: "İndi komandalar daha səviyyəlidir. Özü də mübarizə təkcə 2-3 kollektiv arasında getmir. Hazırda Premyer Liqada istənilən komanda başqa birisini rahatca büdrədə bilər. Artıq ümumilikdə çempionatın səviyyəsi güclənib. Hətta deyərdim, fərq qat-qat səviyyəsindədir. Bir sözlə, 2005-ci illə müqayisədə böyük fərqlər var”. (klub saytı)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq