Premyer-liqa
Diniyev də hazırdı
Topaz Premyer Liqasının 4-cü turunda AZAL-ı qəbul edəcək &l…
Topaz Premyer Liqasının 4-cü turunda AZAL-ı qəbul edəcək “Kəpəz” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, gəncəlilər bu matça Bakıda hazırlaşır.
Komanda Şahin Diniyevin rəhbərliyi altında gündə 1 dəfə ADBTİA stadionunda məşq edir. Heyətdə zədəli futbolçu yoxdu. 3-cü turda “Qəbələ” ilə qarşılaşmada xəsarət alan Kərim Diniyev artıq sağalıb və “təyyarəçilər”lə görüşdə komandasına kömək edə bilər.
Qeyd edək ki, “Kəpəz” – AZAL matçı sentyabrın 12-də Gəncə şəhər stadionunda baş tutacaq.