Ölkə futbolu
"Qarabağ" zədəliləri də aparır
Sentyabrın 17-də Avropa Liqasının qrup mərhələsi çər&cc…
Sentyabrın 17-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” Londonda “Tottenhem”lə qarşılaşacaq. Ağdam təmsilçisi uzun müddətdi zədədən əziyyət çəkən Çumbinyo, Namiq Ələsgərov, Maksim Medvedev və Əlhərbi Əl-Jadeyuini də aparacaq.
Bu haqda futbolinfo.az saytına komandanın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Amma bu oyunçulardan Namiqin oynamayacağı dəqiqdi. O, hələ bir aydan sonra məşqlərə başlamalıdı. Komandaya dəstək üçün aparılan bu futbolçulardan digər 3 nəfəri isə çalışmalarda iştirak etsə də, meydana çıxmaları baş məşqçinin qərarından asılı olacaq.
Qeyd edək ki, təmsilçimiz İngiltərəyə sentyabr 15-də yola düşəcək.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə