Dünya futbolu
"Qarabağ"la oynamadı, axund oldu
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rə…
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Monako" maraqlı hadisə ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, "ağ-qırmızılar"ın futbolçusu Yaruba Sissako klubdan ayrılaraq karyerasını bitirmək niyyətindədi.
Fransa mətbuatının yazdığına görə, buna səbəb 20 yaşlı müdafiəçinin axund olmaq istəməsidi. Belə ki, müsəlman olan Afrika mənşəli oyunçu islam dinin yayqın olduğu bir ölkəyə gedərək orada axundluq etməyi qərara alıb.
Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm icarə əsasında "Zulte Vareqem"də çıxış edib.