Ölkə futbolu
Nazarov oynadı, komandası məğlub oldu
Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilib….
Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma azarkeşlər önündə "Yunion Berlin"lə üz-üzə gəlib. Görüş "Karlsrue"nin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən Nazarov isə meydana 54-cü dəqiqədə daxil olub.
Qeyd edək ki, "Karlsrue" hazırda 6 xalla 13-ci pillədə qərarlaşıb.