Ölkə futbolu
Azərbaycanlıların duelində qalib müəyyənləşmədi
Türkiyə PTT 1-ci Liqasında 4-cü turun oyunları keç…
Türkiyə PTT 1-ci Liqasında 4-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ufuq Budaqın şərəfini qoruduğu “Qaziantep BB” də növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma azarkeşlər önündə 21 yaşlılardan ibarət millimizin digər üzvü Timur Təməltaşın şərəfini qoruduğu "Altınordu" ilə üz-üzə gəlib. Görüş qonaqların 1:1 hesablı bərabərliklə başa çatıb. Ufuq 90, Təməltaş isə 36 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Qaziantep BB” 6 xalla 3-cü, "Altınordu" isə 2 xalla 17-ci pillədə qərarlaşıb.