Bizi izləyin

Ölkə futbolu

Gəncə xanı, Gəncə futbolu, Gəncə təəssüratları

Axırıncı dəfə Gəncəyə gedəndə “Kəpəz”in &ldquo…

blank
Axırıncı dəfə Gəncəyə gedəndə “Kəpəz”in “Viləş” üzərində qələbəsinə şahid olmuşdum. 1997/98 mövsümündə 3:0 qeydə alınmışdı. Bölgələrdə oyunlara çox getmişəm, onsuz da günümüz yollarda keçir. Ancaq ya təsadüfdən, ya da zərurətdən Nizami yurduna bir də 17 il sonra yollanmalı oldum.
 
Bu illər ərzində ya başqa rayonlarda ezamiyyətdə olmuşdum, ya “Kəpəz” Gəncədə oynamırdı, ya da ümumiyyətlə, bu klub elitada görünmürdü. Rza Məmmədovun prezident, Mehman Allahverdiyevin baş məşqçi, rəhmətliklər – Ruslan Abdullayevlə Rəşid Özbəyov məşqçi olan vaxtlardan danışıram. Ovaxtdan bu yana hətta Masallı klubunun da sümükləri çürüyüb.
 
***
 
Budəfəki oyunun təxmini nəticəsi də mənə bəlli idi: ya qolsuz heç-heçə, ya da gəncəlilərin minimal üstünlüyü reallaşmalıydı. Axı, rəqib qol vurmağı yazda unudan AZAL idi. “Kəpəz” isə hələ formalaşma ərəfəsindədi, imkan daxilində müdafiədə etibarlı oynayıb qol vurmaq istəyir. Komandanın hücum potensialının zəif olması isə darmadağın görməyəcəyimizi deməyə əsas verirdi.
 
İrəli qaçaraq yazım ki, gözlədiyim nəticə reallaşdı. İnsaf naminə, fasilə ərəfəsində AZAL-ın dirəkdən dönən zərbəsi və daha 2 epizodda futbolçuların fərasətsizliyi də bunda həlledici rol oynadı. Buna baxmayaraq, mövsümdə ən pis oyununu keçirən meydan sahibləri də bir neçə qol şansını qaçırdı. Yerli publikanın sevimlisinə çevrilən Dario öndəki digər futbolçuların bacarıqsızlığı üzündən 2 dəfə məhsuldar ötürmə müəllifi olmaq xoşbəxtliyinə çatmadı.
 
“Kəpəz”in əvvəlki oyunlardan zəif oynamasının səbəbi vardı. Komandanın yeni formalaşması, heyətin yetərsiz olması sponsorları, yerli azarkeşləri azarkeşləri maraqlandırmır, onlar komandadan yalnız qələbə tələb edirlər. Bu isə futbolçuların üzərində təzyiq yaradırdı və bəzən səhv etməkdən qorxduqları üçün rahat oynaya bilmirdilər. Bu qələbə yəqin ki, hamını rahatladacaq və “Qarabağ”la növbəti oyun daha asan keçəcək. Rəqib aşkar favorit olsa da, gəncəli fanatlar həmin matçda əsl 12-ci oyunçuya çevrilmək üçün indidən hazırlığa başlayıb.
 
***
 
Bakıda qatara minərkən rastlaşdığım hakimlər briqadası ilə Gəncə vağzalında da üz-üzə gəldim. Fariz Yusifovun başçılıq etdiyi ədalət təmsilçiləri stadiona kimi piyada getməliydi. Sabiq FİFA referisi bu baxımdan, peşəkarlıq cəhətdən yalnız “Qəbələ”nin seçildiyini deyərək deyinə-deyinə yol gedirdi. Bərkgedən vaxtlarında hakimlərə “Mercedes” paylayan “Kəpəz” rəhbərliyi bu dəfə heç boynuna düşən işi də görməmişdi. Hakimləri qarşılamaq, onları nəqliyyatla təmin etmək heç kimin yadına düşməmişdi. Saat 6.30-da qaranlıq küçəylə yol getməli olan hakimləri hələ təmirsiz baza-stadionda da qıfıllı qapı gözləyirdi. Deməli, onlar 10 saatdan sonra yorğun-arğın oyuna çıxmalıydılar.
 
Amma səhər-səhər yaxşı xəbər də var idi. Narın yağış havanın sərin olacağını göstərirdi. Belədə “meyid götürülən vaxt”a təyin olunan oyunda günəş altında yanmayacaqdıq.
 
***
 
Oyuna kimi Gəncəni gəzmək imkanım oldu. Bu şəhərdə yaşayan tələbə yoldaşım Anarın müşaiyəti ilə bir sıra tarixi abidələrə baxdım, maraqlı məkanlarda oldum.
 
Gəncə camaatının əsas problemi işsizlikdi. Şəhərin səs-küysüz, tıxacsız olmasının əsas səbəbi cavanların əksəriyyətinin Rusiyada müxtəlif işlərlə məşğul olmasıdı, doğma şəhərdə qalanlar isə bekarçılıqdan gününü çayxanalarda keçirir. Şəhər təmiz, səliqəlidi, ancaq ac camaatın gözünə cənnət də cəhənnəm kimi görünür.
 
***
 
Gəncənin memarlığında kərpic əsas elementdi. Eyni üslubda tikilmiş köhnə alman evlərindən tarixi abidələrədək hər şey bişmiş kərpicdən inşa olunub. Sonradan bu ənənəyə sadiq qalan rəhbərlər də eyni üsulla ad çıxarıblar. Bu şəhərin inkişafında rol oynamış Həsən Həsənovu hələ də “kərpic Həsən” deyə xatırlayırlar.
 
Tarixi abidələrin restavrasiyasi zamanı da kərpic əsas inşaat materialıdı. Təmir edilən Karvansaray elə düzəldilib ki, bir anlıq özünü orta əsrlərdə hiss edirsən. Böyük bir kompleks olan Çökək hamam, Cavad xan məqbərəsi və Şah Abbas məscidi, eləcə də Xan bağının bir hissəsi qorunub saxlanan qala divarları eyni ahənglidi. Əksər abidələrin altından bir-birinə gizli yolların olması daha çox dövrün müdafiə planının bir hissəsidi. Çökək hamamın kanalizasiya xəttinin bugünədək kəşf edilməməsi isə daha bir qəribəlikdi.
 
Təəssüf ki, bütün bunlarla yanaşı, qorunmayan abidələr də var. Şəhər ətrafında bir sıra alban kilsələri baxımsız vəziyyətdədi. Gəncədə cümhiriyyət dövründə ilk parlamentin, hökumətin oturduğu binalar da lazımi qayğını görmür. Mədrəsə indi başqa təyinat üzrə istifadə olunur, hətta Rübabə Muradovanın da konsert verdiyi qədim anfiteatrabənzər əyləncə yeri isə çoxdan buldozerlər vasitəsilə hamarlanıb. İcra başçısı Elmar Vəliyevin şəxsi evi az qala hökumət binasına meydan oxuyur, polis idarəsinə yapışıqlı olan ərazinin xüsusu qorumaya da ehtiyacı yoxdu. Müasir Gəncə xanının iqamətgagahına sözümüz yox, xeyrini görsün, ancaq onun öz obyektinə görə Cavad xanın tarixi abidə olan şəxsi dəftərxanasının 20-25 metr kənara “sürüşdürülməsi” keçmişə hörmət baxımından yaxşı hal deyil.
 
***
 
Əttarlar, toyuqçular, şahsevənlər, abdallar… Gəncədə ümumilikdə 73 tarixi məhəllə var və yerli camaat imkan daxilində onları qorumağa çalışır. Şəhərlə tanışlıqdan futbol mövzusuna qayıdarkən elə bu məqamdan yararlanmaqda fayda var. Təsəvvür edin, Gəncənin 20 mindən çox tutumu olan tribunalarında “Əttarlar” fan-klubu və ya “Şahsevənlər” azarkeş qrupunun olması necə gözəl görünərdi. Tarixlə bugünün sintezi üçün əla olardı.
 
Düzdü, “Kəpəz”in indiki fan-klubları da çox fəaldı, 800 kv.m-lik Azərbaycan bayrağının tribunaya gətirilməsi, eyni ölçülü klub bayrağının hazırlanması əla ideyadı. Ancaq təsəvvür edin ki, həmin bayrağı idman idarəsinin işçiləri deyil, “Əttarlar” fan-klubu açır. Və ya tribunaya Türkiyə bayraqlarını “Xəmsə”ylə yanaşı, “Şahsevənlər” azarkeş qrupu gətirir. Ola bilər, hansısa digər tarixi məhəllədən olan azarkeşlər Türkiyədə terror qurbanlarını  “Şəhidlər ölməz, Vətən bölünməz” şüarıyla, Türkiyə bayrağıyla dövrə vurmaqla yad edərdilər. Bunu Nizaminin əsərlərini xatırladan “Xəmsə” etdi, amma cuhudlar, sərraflar məhəllələrinin sakinləri də edə bilərdi.
 
***
 
“Kəpəz” didərgin kimi yaşayır. Komanda Bakıda məşq edib, qalır, Yevlaxda toplanış keçir, yalnız ev oyunları üçün Gəncəyə üz tutur. Təsəvvür edin, 2 ev oyunu keçirən komanda yalnız AZAL-la matçdan öncə burada bir məşq edib, “Zirə”ylə oyundan öncə isə hazırlığı paytaxtda yekunlaşıb. Komanda faktiki ələ baxır – futbolçuların maaşını SOCAR verir, avtobusu icra hakimiyyəti alıb, oturacaqları AFFA göndərib stadion işçiləri quraşdırır. Gəncəyə böyük futbolun qayıtması naminə bir neçə şəxsin, qurumun əl-ələ verməsi yaxşı haldı. Ancaq indiyədək görülən işlər 350 min əhalisi olan ölkənin ikinci şəhəri üçün çox azdı. Bunun uşaq futbolu, infrastrukturu və başqa problemləri də var. Əgər onlar kompleks şəkildə həll olunmasa, bu komanda uzun müddət yaşamayacaq. “Kəpəz”ə əcnəbilər lazımdı, ancaq yerli oyunçuların əksəriyyəti gəncəlilər olmalıdı, başqa klublara lazım olmayanlar yox. Mahmud Qurbanov, Vidadi Rzayev, Maşallah Əhmədov, Yunis Hüseynov, Faiq Cabbarov, Azər Məmmədov və daha neçə-neçə gəncəli futbolçuların davamı yetişməyincə “Kəpəz”in aqibəti “Karvan”dan, “Şəmkir”dən fərqlənməyəcək.
 
***
 
Gəncə stadionu qəzalı vəziyyətdədi. İnanın ki, 20 min azarkeş gələcəyi halda çürümüş beton dayaqlar dözməyəcək və faciə baş verəcək. İndi həmin dayaqlarda bərkitmə işləri aparmaq istəyirlər, amma kosmetik təmirlə problemi həll etmək olmayacaq. Bu arenanın əsaslı təmirə ehtiyacı var. Bu cür gözəl qazonda oynanılan futbola azarkeşlər daş piltələr üzərində əyləşərək baxmamalıdı.
 
Düzdü, Gəncə stadionunda təmir işləri başlanılıb. Artıq oturacaqların qoyulmasına başlanılıb. AZAL-la oyundan öncə “Kəpəz”in icraçı direktoru Mehman Allahverdiyev 6000, Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu 3000 oturacağın artıq quraşdırıldığını vurğuladı. Amma mən də saydım, 1880-dən artığı gözümə dəymədi.
 
Sentyabrın 12-dəki matçda yeni rekord qeydə alınmasa da, stadionda izdiham var idi. Amma əksəriyyətin azarkeş yox, tamaşaçı olduğuna şübhə yox idi. Şəhərin müxtəlif müəssisələrindən icra hakimiyyətinin göstərişiylə gətirilən çoxsaylı xanımların matçdan bir saat öncədən təşrif buyurması da bunu göstərirdi. Tezliklə təhsil-tədris mövsümü başlayır, yəqin ki, Müşahidə Şurasında olan 2 rektor stadionu doldurmaq üçün tələbələri səfərbər edəcək. Lütfən, etməyin, “Kəpəz”ə dəstək lazımdı, amma qəzalı tribunaları çox yükləməyin, təmiri qurtarın, komandanı ciddi ehtiyac duyulan transferlərlə gücləndirin, sonra onsuz da gəncəlilər komandalarına biganə qalmayacaq, biletləri 2 gün öncədən alıb qurtaracaqlar.
 
***
 
Matçdan öncə polislərin hazırlığı da maraqlı idi. Əsas rəis səsucaldanla xəbərdarlıq edirdi: “Oyun canlı göstəriləcək, icra başçısı da burada olacaq. Özünüzü adam kimi aparın, hər “setka”nın altına bir nəfər…” Arxasını yazmayacam, lakin əmin olun ki, 10 dəqiqəlik çıxışda azarkeşlərlə mədəni rəftar, nəzakət qaydaları haqda bir kəlmə də danışılmadı. Polisləri elə kökləmişdilər ki, stadionda kimsə xuliqanlıq etsəydi, onu yerindəcə şaqqalayardılar.
 
***
 
Qısaca onu yazım ki, “Kəpəz” kimi tarixi kluba belə baza yaraşmır. Heç ona yanaşma da belə imkanlı klub üçün yetərli deyil. Futbolçular meydanda can qoyur, bacarığından artığını edir, baş məşqçi Şahin Diniyev və məşqçi heyəti isə kasad heyətlə ən yaxşı nəticəyə can atır. Əvəzində kluba lazım olan büdcə ayrılmır, klub rəsmiləri gizlətsə də, görünür ki, icra hakimiyyəti, sponsorlar, Müşahidə Şurasında təmsil olunanlar simiclik edir. Hətta klubun bazasının girişində tarixə qovuşmuş “Gəncə”nin emblemi vurulub, şəhərdə oyunların afişaları məhdud saydadı.
 
Ümidverici məqam odu ki, icra başçısı Elmar Vəliyev əsl futbol azarkeşidi. AZAL-la oyundan sonra paltardəyişmə otağında futbolçulara mükafat vəd etməsi bir yana, o, oyun boyu da komandaya fanatlıq edirdi. Bahalı kreslolarla bəzədilmiş uçuq VİP-lojada əyləşib qonaqları ilə birlikdə Diniyevin yetirmələrini irəli səsləyirdi. Ancaq bəzən çərçivəni aşırdı.
 
Məsələn, Elmar bəy bir neçə dəfə Budaq Nəsirovu oyundan çıxarmaq üçün göstəriş verdi. Diniyevin 90 dəqiqə güvəndiyi futbolçunun tez-tez geri ötürmə verməsi onun xoşuna gəlməmişdi. Halbuki, Budaq meydanda can qoyan oyunçulardan idi və geri ötürmələri də hücumdakı “dişsizliyə” görə idi. Elmar bəy vaxtında lazımi büdcə ayırıb, oyunçu transferinə imkan yaratsaydı, məşqçilərin oyunu gücləndirmək üçün lazımi əvəzedici oyunçuları olsaydı, Budaq daim öndə kimisə axtarardı.
 
Vəliyev bu oyunda göstərdi ki, kütləni idarə etməyi, onları yönəltməyi bacarır və istənilən “qiyam”a rəhbərlik edə bilər. Epizodların birində “bokovoy”u söyün ”göstərişini bir qrup azarkeş məmnuniyyətlə yerinə yetirdi. Alqışlamaq, tərifləmək, etiraz etmək də yalnız icra başçısının göstərişi ilə “ayaq açırdı”. Elmar bəy özünü həqiqətən Gəncə xanı kimi aparırdı, qonaqlar və media mənsubları üçün nəzərdə turulan tribunanı öz adamları ilə doldurmaq üçün ona 5-6 dəqiqə bəs etdi. Cəzalı olduğu üçün oyunu buradan izləyən və göstərişlərini telefonla verən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov, bir neçə PFL işçisi, eləcə də Bakıdan gələn yeganə jurnalist kimi mən bir anda özümüzü azarkeşlərin əhatəsində gördük.
 
***
 
Gəncə gözəl şəhər, “Kəpəz” tarixi klubumuzdu. Bu şəhərin sakinləri qonaqpəvər, azarkeşləri qələbə acıdı. Gəncədə pul qazanan rəhbərlər komandaya bir az da diqqət ayırsalar, Diniyevin yetirmələrinin avrokuboklara düşmək uğrunda mübarizə aparacağı gün uzaqda deyil. Diqqət ayırsalar…
 
VÜSAL MAHMUDOV, Bakı – Gəncə – Bakı
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-17 13:25

“Sabah” – “Sumqayıt” matçının təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-05-17 13:12

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

blank
Digər idman növləri2024-05-17 13:04

Azərbaycan milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-17 12:49

Azərbaycanın iki boksçusu Macarıstandakı turnirdə finala yüksəlib

blank
Dünya futbolu2024-05-17 12:35

Bolonyada çempionluq paradı olacaq

blank
Digər idman növləri2024-05-17 12:21

Ardıcıl iki “Masters”də finalçılar eyni oldu

blank
Milli komanda2024-05-17 12:04

Azərbaycan millisinin səbəti müəyyənləşdi

blank
Digər idman növləri2024-05-17 11:47

Çempiona yaraşmayan məğlubiyyət

blank
AÇ-20242024-05-17 11:30

Fransa millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-17 11:12

Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”

blank
Dünya futbolu2024-05-17 10:58

2027-ci ildə dünya çempionatı Braziliyada olacaq

blank
Premyer-liqa2024-05-17 10:41

“Qarabağ” “Turan Tovuz”a qarşı

blank
Ölkə futbolu2024-05-17 10:32

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü

blank
Ölkə futbolu2024-05-17 10:17

“Səbail”in 5 illik həsrəti

blank
Digər2024-05-17 10:00

MİSLİ ilə qazan!

blank
Ölkə futbolu2024-05-17 09:41

AEK klublarımızın potensial rəqibləri sırasında

blank
Dünya futbolu2024-05-17 09:24

Musanın komandasından darmadağın

blank
Ölkə futbolu2024-05-17 09:07

“Azərbaycanlı futbolçuların Türkiyədə oynamaları yaxşı haldır”

blank
Dünya futbolu2024-05-17 08:49

Təbriz klubu İran kubokunda mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-05-17 08:32

Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək

blank
Dünya futbolu2024-05-17 08:15

“İnter”in əfsanəsi “Spartak”ın baş məşqçisi təyin olundu

blank
I Liqa2024-05-17 08:00

“Şamaxı”… Qayıdır axı…

blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Digər idman növləri2024-05-16 21:51

Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda “ustad dərsi” keçib

blank
Ölkə futbolu2024-05-16 21:11

“Sabah” Abşerondan 52 uşaq seçdi

blank
Digər idman növləri2024-05-16 20:19

Ferstappen ən çox qazanan 20 idmançı sırasına düşdü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm