Premyer-liqa
"Xəzər Lənkəran" sərbəst buraxıldı
Premyer Liqanın IV turunda “Qarabağ”la səfər oyununda …
Premyer Liqanın IV turunda “Qarabağ”la səfər oyununda 0:1-hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" 2-gün ərzində istirahət edəcək.
Sentyabrın 15-də komanda yenidən Lənkəranda bir araya gələcək. Bununla da, cənublular mövsümün ilk “öyük oyun”unun hazırlıqlarına doğma şəhərdə start verəcək.
Xatırladaq ki, Premyer Liqanın V turu çərçivəsində, sentyabrın 20-də “Xəzər Lənkəran” səfərdə “Neftçi” ilə qarşılaşacaq.
(12cioyuncu.info)