Ölkə futbolu
Eratsız darmadağın
Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilib….
Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma meydanda “Münih 1860”la üz-üzə gəlib. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Eratın adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Fortuna” 4 xalla 15-ci pillədə qərarlaşıb.