Premyer-liqa
Aqil Məmmədov məsələsinə bu gün aydınlıq gələcək
Dünən Topaz Premyer Liqasının 3-cü turu çər&ccedi…
Dünən Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində səfərdə “Rəvan”ı məğlub edən “Neftçi” çalışmalarına start verib. Futbolinfo.az xəbər verir ki, komanda baş məşqçi Samir Əliyevin rəhbərliyi altında bu gün bərpa məşqinə çıxıb.
Komandanın heyətində yalnız bir zədəli futbolçu var. Belə ki, dünənki görüşün son dəqiqələrində ayağından zədə alan Aqil Məmmədov həkim müayinəsindən keçəcək. Onun qarşıdakı görüşdə oynayıb-oynamayacağı bu müayinədən sonra bilinəcək.
Qeyd edək ki, hazırda 7 xalla 4-cü yerdə qərarlaşan “ağ-qaralar” növbəti qarşılaşmasını ayın 20-də öz meydanında “Xəzər Lənkəran”a qarşı keçirəcək.