Bizi izləyin

Premyer-liqa

İlk məğlubiyyət, “infarkt futbolu”, 6 xal və Aylton

Topaz Premyer Liqasının 4-cü turu arxada qaldı. Bu turdan sonr…

blank
Topaz Premyer Liqasının 4-cü turu arxada qaldı. Bu turdan sonra ölkə çempionu vahid lider kürsüsünü ələ keçirdi. “Qarabağ” “Xəzər Lənkəran”ı minimalhesablı qələbəylə keçərək, “Qəbələ”nin paytaxtda büdrəməsindən maksimum yararlandı.
İlk oyun günündə meydana çıxan Qurban Qurbanovun yetirmələri klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirovun idarəetmənin öhdəsindən gələ bilməmələri səbəbindən yeniyetmələrin ümidinə qalmış “Xəzər Lənkəran”la üz-üzə gəlirdi.  Yunis Hüseynovun məşqçi bacarığı, meydana çıxan futbolçuların bütün fədakarlıqlarına baxmayaraq, çempion istədiyi nəticəni əldə etdi. Lideri sevindirən daha bir məqam ondan ibarətdi ki, matçda yeganə qolun müəllifi ikinci hissədə meydana daxil olan Samuel Armenteros olub. Avropa Liqasının qrup mərhələsinin ilk turu öncəsi debüt oyunundaca fərqlənən futbolçu üçün də bu, əlavə stimul ola bilər.
“İnter” çempionatda ən yaxşı oyununu keçirdi. Paytaxt təmsilçisi “Qəbələ”nin çempionatda ilk məğlubiyyəti alması üçün əlindən gələnin ən yaxşısını etdi. Meydan sahiblərinin əldə etdiyi fürsətlərdən maksimum yararlanması, müdafiədə inamlı təsir bağışlaması, Zaur Svanadzenin millinin AÇ-nin seçmə tsiklində çıxışıyla bağlı yaranmış fasilədən əla yararlanmasından xəbər verir. Amma unutmayaq ki, cümə axşamı “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsi oyununa çıxacaq. Doğrudu, baş məşqçi Roman Qriqorçuk matçsonrası mətbuat konfransında komandasının fikrinin qitəmiqyaslı yarışlarda olmadığını bildirdi. Amma fakt göz qabağında idi. Futbolçular həmişəkindən fərqli idilər. Bu da bilavasitə psixoloji yanaşma ilə bağlı idi. Komanda “İnter”lə görüşə lazımınca köklənə bilməmişdi. Bütün hallarda final fiti səslənərkən, tabloda ədalətli nəticə əks olunrdu – 2:1.
“Nəhayət” Gəncəyə də bayram gəldi. İlk 3 turda qələbə üzünə həsrət qalan “Kəpəz” mövsümdə ən zəif oyununu keçirsə də, hətta bu da AZAL-la matçda 3 xal qazanmağa kifayət etdi. AZAL isə “tarix yazmaq”da davam edir. “Təyyarəçilər” çempionatda xal üzünə həsrət qalan yeganə komandadı. Üstəlik, Tərlan Əhmədovun yetirmələri arxada qoyduqları 360 dəqiqədə bir dəfə də olsun rəqib komandaların qapılarının torunu silkələyə bilməyib. Əlbəttə, Premyer Liqanın tərk etmək barədə danışmaq hələ tezdi. Amma bu gedişlə AZAL 1-ci diviziona yuvarlanmağa ən real namizəd olacaq.
Dünən baş tutan “Sumqayıt” – “Zirə” oyunu barədə yazılası bir şey yoxdu. 90 dəqiqə ərzində vur-tut cəmi 1 dəfə qapı qarşısında real qol imkanı yaradılırsa, “vur-qaç”dan danışmağa dəyməz. Amma çatışmazlıqlar barədə bəzi qeydlərimizi aparmalıyıq. Əvvəla, media üçün yerin az sayda olması anlaşılan deyil. Belə təəssürat yaranır ki, “Sumqayıt” ev oyunlarına KİV təmsilçilərinin gəlməsində maraqlı deyil. Üstəlik, həmin yerlərin azarkeşlər arasında quraşdırılması da anlaşılan deyil. Ümumiyyətlə, AFFA-nın nəyə görə bu cür şəraitdə komandaya sözügedən stadionda ev oyunlarını keçirməsinə icazə verməsi müzakirə mövzusudu. Tribunalarda yer alan 1500 azarkeşin böyük əksəriyyətinin azyaşlılar olması isə şəhərdə futbola marağın olmamasından xəbər verir. Tək-tük yaşlı nəslin nümayəndələrinə rast gəldik ki, bunu da daha çox “Sovet qalıqları” kimi səciyyələndirə bilərik. Elə həmin yaşlı fanatlardan ən fəalının ürək ağrısı ilə səsləndirdiyi bir ifadə ilə dünənki matçın şərhinə dair abzasa son qoymaq istəyirik: “Oynayın da. Futbol, futbol oynayın! İstəyirsiniz burda infrakt keçirim”?!
Turun son matçında “Neftçi” səfərdə “Rəvan”a şans tanımadı. Ardıcıl 2-ci oyunda qələbəni bayram edən “ağ-qaralar”da işlərin tam düzəlməsi barədə danışmaq hələ çox tezdi. Hər halda bu 6 xal medallar uğrunda mübarizə aparan komandalara qarşı yox, “Sumqayıt” və “Rəvan” la oyunlarda əldə edilib. Diqqətçəkən və “Neftçi” rəhbərliyini düşündürən məqam barədə də bir neçə kəlmə yazmağa zərurət var. Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Mladost”la səfər qarşılaşmasında meydandan qovulan Aylton, yenə qırmızı vərəqə alıb. Braziliyalıya “qulaqburması” verilməsə, hələ “Neftçi”nin başını çox ağrıdacaq. Özü də “Rəvan”la matçda bu, nəticədə öz əksini tapmadısa, daha ciddi rəqiblərlə oyunda eyni hal baş versə, çətin ki, “ağ-qaralar” “az qanla” bu çatışmazlıqdan qurtula bilsin.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-20 01:55

PSJ-dən mövsümün son matçında inamlı qələbə

blank
Dünya futbolu2024-05-20 01:34

“İnter”dən “Latsio” ilə heç-heçə

blank
Dünya futbolu2024-05-20 00:29

“Real”dan məhsuldar heç-heçə, “Barselona”dan darmadağın

blank
Dünya futbolu2024-05-19 23:50

“Qalatasaray” “Fənərbaxça”ya evdə uduzdu, çempionluq son tura qaldı

blank
Digər idman növləri2024-05-19 23:00

Final seriyasında ümumi hesab bərabərləşdi

blank
Dünya futbolu2024-05-19 22:33

“Mançester Siti”dən 10-cu çempionluq!

blank
Digər idman növləri2024-05-19 21:58

Avropa çempionatında iştirak edəcək heyət açıqlandı

blank
Digər idman növləri2024-05-19 21:27

Azərbaycan millisi ikinci oyununda da məğlub oldu

blank
Əvəzedicilər2024-05-19 21:07

“Zirə”nin əvəzedicilərindən Gəncədə inamlı qələbə

blank
Ölkə futbolu2024-05-19 20:44

Kapitana 250 nömrəli forma təqdim olundu

blank
Premyer-liqa2024-05-19 20:00

“Araz-Naxçıvan” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-05-19 19:21

“Sabah”ın U-14 komandası Türkiyədə çempion oldu

blank
Premyer-liqa2024-05-19 19:00

“Daha çox qol vura bilərdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-19 18:28

“Ən zəif oyunlarımızdan biri idi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-19 17:57

“Qəbələ” “Araz-Naxçıvan”a da qalib gəldi

blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Dünya futbolu2024-05-19 17:00

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

blank
Əvəzedicilər2024-05-19 16:42

Əvəzedicilərin yarışında 35-ci turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-05-19 16:25

Teves baş məşqçisi olduğu klubdan ayrıldı

blank
Digər idman növləri2024-05-19 16:06

“İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi”

blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm