Ölkə futbolu
Ruslan Abışov: “Qriqorçuk mənə dedi ki…”
Azərbaycan milli komandasının üzvü Ruslan Abışovun yeni…
Azərbaycan milli komandasının üzvü Ruslan Abışovun yeni klubu rəsmən bəlli oldu. “Xəzər Lənkəran”la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən oyunçu bu gün “Qəbələ” ilə sözləşmə imzaladı. Bu barədə Futbolinfo.az saytına mərkəz müdafiəçinin özü məlumat verdi:
“Bəli, bu gün “Qəbələ” ilə bir illik müqavilə imzaladım. Başqa təkliflər də vardı. Sadəcə, vaxtilə oynadığım “Qəbələ”yə qayıtmağı üstün tutdum. Roman Qriqorçukla danışdım. Dedi ki, məni yenidən komandasında görmək istəyir. Ona görə də şimal təmsilçisinə keçdim. Müqavilənin maliyyə tərəfi pis deyil. İndi məqsəd yenidən əsas heyətə düşməkdi”.
Qeyd edək ki, futbolçu kimi “Neftçi”də formalaşan oyunçu “Rubin”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi klubların da formasını geyinib.