Ölkə futbolu
"Xəzər Lənkəran"dan ayrılan daha bir futbolçu özünə yeni klub tapdı
Ruslan Abışov və Vüqar Nadirovdan sonra "Xəzər Lənkər…
Ruslan Abışov və Vüqar Nadirovdan sonra "Xəzər Lənkəran"ı daha bir futbolçu tərk etmək üzrədi. Futbolinfo.az xəbər verir ki, bu, adıçəkilən oyunçular kimi komandaya bu yay qoşulan Rəşad Eyyubovdu.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, hücumçu Kəpəz"lə danışıqlar aparır. Onunla artıq ilkin razılıq əldə olunub. Yalnız bir neçə detal qalıb ki, onun da ən yaxın zamanda həll ediləcəyi gözlənilir.
Qeyd edək ki, Əyyubov ötən mövsüm başa çatandan sonra "Simurq"dan Cənub klubuna keçmişdi.