Ölkə futbolu
“Qəbələ”dən ayrılan məşqçi “Neftçi”də!
“Qəbələ” Futbol Akademiyasından ayrılan məşqç…
“Qəbələ” Futbol Akademiyasından ayrılan məşqçi Mehman Yunusovun yeni iş yeri müəyyənləşib. Ötənlərin tanınmış müdafiəçisi bundan sonra “Neftçi”də fəaliyyət göstərəcək.
Veteran mərkəz müdafiəçisi paytaxt klubunda U-15 komandasının baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq üzvü olan Yunusov karyerası ərzində daim iddialı klublarda oynayıb. Məşqçi kimi hələ ki, ciddi uğuru olmayan Yunusov “Neftçi”dən öncə “Sumqayıt” və “Qəbələ”də fəaliyyət göstərib.