Premyer-liqa
Samir Əliyev: "Onunla bu barədə danışıb, eyni halın təkrarlanmamasını tapşıracağam"
Bu gün Topaz Premyer Liqasının 5-ci turun növbəti oyunlar…
Bu gün Topaz Premyer Liqasının 5-ci turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında əzəli rəqibi "Xəzər Lənkəran"la 1:1 bərabərə qalıb.
"Bakcell Arena"dakı "Böyük oyun"dan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Əliyev heç-heçəni belə şərh edib:
“Görüşdən öncə "Böyük oyun"un əhəmiyyətini itirdiyini deyirdilər. Məncə, "Böyük oyun"a layiq bir mübarizə getdi. Mübarizə, qırmızı vərəqə, vurulmayan penalti… Futbolda səhvlər olur. Biz də səhvlər etdik. Məncə, Erik Ramos ədalətli oyun qaydalarına riayət etməli, topu rəqibə qaytarmalı idi. Amma bunu etmədi. Onunla bu barədə söhbət edib, eyni halın təkrarlanmamasını tapşıracağam. Ola bilsin ki, qələbə istəyindən irəli gələn bir şeydi. Amma istənilən halda, olmamalıdı”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”