Bizi izləyin

Premyer-liqa

Xaqani Məmmədovun fövqəlistedad qohumu

Azərbaycanda hakimlik problemi müstəqilliyə qədəm qoyduğumu…

blank
Azərbaycanda hakimlik problemi müstəqilliyə qədəm qoyduğumuz gündən bəri davam edir. Müxtəlif dövrlərdə Hakim Komitəsinin sədri vəzifəsində fərqli insanlar çalışsa da, ortaya nəticə qoymağı bacaranı olmayıb.
Bu gün də eyni vəziyyət davam edir. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov əvvəllər Azərbaycan klublarının avrokuboklardakı uğursuz çıxışı səbəbindən ədalət təmsilçilərimizin daha səviyyəli beynəlxalq oyunlara təyinat almadığını söyləyirdi. İllər keçdi, klublarımız nəticələr verməyə başladı. Hakimlərimiz isə… “köhnə hamam, köhnə tas”.
Maraqlıdı, bəs FİFA referiləri və FİFA laysmanlarının bu ada layiq görülməsi üçün nə qədər vaxta ehtiyac duyulur?
Araşdırmalarımız zamanı olduqca maraqlı bir faktla qarşılaşdıq. Sən demə, Azərbaycandan olan ədalət təmsilçiləri beynəlxalq arenada heç bir nüfuza sahib olmasalar da, bu ada layiq görülmək üçün əziyyətə qatlaşmayanları da var. Söhbət FİFA laysmanı Zeynal Zeynalovdan gedir.
2011-ci ilin yanvar ayından bu ada layiq görülən 30 yaşlı hakimin karyerası olduqca maraqlıdı. 2009-10 mövsümündə hakimliyə start verən qəhrəmanımız həmin çempionatda cəmi 1 oyuna çıxıb: “Standart” – “Karvan” görüşündə Premyer Liqada ilk dəfə əlinə bayraq alan Zeynalovun sıçrayış dövrü 2010-un Qələbə Gününə təsadüf edib – 9 may. 2010-cu ildə daha 6 dəfə Premyer Liqa və Kubok qarşılaşmalarına təyinat alan 2-ci köməkçi hakimin adı … birdən-birə FİFA-ya təqdim edilən illik siyahıda peyda olur.
Vur-tut 7 oyunda iştirak etmiş birisinin adının FİFA-ya göndərilməsi CİNAYƏTdi! Dünyanın heç bir ölkəsində bu cür rəzalətə rast gəlməzsiniz. Amma Zeynal Zeynalov üçün “yaşıl işıq” yandırılıb. Maraqlıdı ki, onun 2010-da aldığı təyinatların tarixləri daha çox şeydən xəbər verir: 26 sentyabr, 30 oktyabr, 20 noyabr – bu, 2-ci köməkçi hakimin 2010-2011 mövsümündəki ilk 3 oyunu. Göründüyü kimi, o, orta hesabla ayda 1 qarşılaşmaya təyinat alıb. İndi isə növbəti 3 oyunun tarixlərinə diqqət yetirin: 04 dekabr, 08 dekabr və 11 dekabr. Fantastika!
Üç gündən bir təyinat alan Zeynalovun dekabrda belə məhsuldar işləməsinin səbəbi az sonra məlum olub. FİFA-ya göndərilən siyahıda adını qeyd etmək üçün mütləq dekabr statistikasına əl gəzdirilməli olub. Ancaq qış fasiləsinin yaranması, onun statistikasının “çiçəklənməsi”nin qarşısını alıb. Lakin Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov üçün 6 oyun da kifayət edib ki, o vaxt 25 yaşı olan bir yoldaşın bu yüksək ada layiq görülməsi üçün FİFA-ya müraciət etsin.
Bəs bunun arxasında nə dayanır? Deyilənlərə görə, Zeynal Zeynalov Xaqani Məmmədovun qohumudu. Hətta Məmmədov bunu inkar etsə belə, fakt gözə girir: 6-7 oyunda 2-ci köməkçi hakim funksiyasını yerinə yetirən birisinə birdən-birə FİFA dərəcəsi verilə bilməz! 
Maraqlıdı ki, Zeynalov cari mövsümdə də diqqət mərkəzinə düşüb. Çempionatın açılış turunda FİFA laysmanı “Qəbələ” – “Qarabağ” matçına təyinat alıb. Məhz Zeynalovun təkidi ilə baş hakim Əliyar Ağayev Rəşad Sadiqova qırmızı vərəqə göstərib. Maraqlıdı ki, bütün el-aləm həmin vərəqənin olmadığını iddia edirdi. Ancaq bu dəfə də komitə sədri onun müdafiəsinə qalxıb. Hələ həmin vaxt Məmmədov yarımmüdafiəçiyə tam düzgün olaraq, qırmızı vərəqə göstərildiyini bildirmişdi.
Buna baxmayaraq, maraqlı situasiya yarandı: Zeynalov növbəti turun oyununu buraxdı. Nəyə görə? Bu suala cavab tapmaq üçün bir qədər də turlara nəzər salmalı olduq və aydın oldu ki, həmin matçın hakim-inspektoru Şahin Cəfərov “Qəbələ” – “Qarabağ” görüşündən sonra heç bir oyuna təyinat almayıb. Kələfin ucunu tapmaq üçün Cəfərovla da əlaqə saxladıq. Lakin o, nə “Qəbələ” – “Qarabağ” matçında hakimlərə verdiyi qiymətdən, nə də nəyə görə bundan sonra heç bir oyuna təyinat almadığı barədə danışmaq istədi.
Deməli, Cəfərov nəyisə bilir və susur. Amma sussa da, faktlar bir-birini tamamlayır. Böyük ehtimalla hakim-inspektor Zeynalova aşağı bal yazıb. Buna görə də 2-ci yan xətt hakimi növbəti turun oyununu buraxmalı olub. Amma Xaqani Məmmədovun qisası da acınacaqlı olub – Şahin Cəfərov indiyə qədər heç bir oyuna təyinat almayıb.
Acı təəssüf, vəssəlam! Bu qədər şəraitin qarşısında ortaya bir normal ədalət təmsilçisi çıxara bilməyən Hakimlər Komitəsi 6 oyuna çıxmış birisinə FİFA laysmanı adı verdirir. Bundan sonra kim inanar ki, bu komitəylə nəvaxtsa yeni Tofiq Bəhramovumuz yetişəcək?
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm