Ölkə futbolu
“Qəbələ” Krasnodara çatdı
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçi…
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Krasnodar”ının qonağı olacaq “Qəbələ” artıq Rusiyadadı. Futbolinfo.az saytının Krasnodara ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Roman Qriqorçukun yetirmələrini gətirən təyyarə yerli vaxtla saat 12:00-da yerə enib.
Müdafiəçilər Rafael Santos və Ruslan Abışov, habelə hücumçu Vüqar Nadirov Rusiyaya təşrif buyuran heyətdə yer almayıblar. Zədəli brziliyalıdan fərqli olaraq, azərbaycanlı futbolçuların Krasnodara gətirilməməsinin səbəbi Avropa Liqasının sifariş ərizəsində adlarının yer almamasıdı. Əvəzində 1 həftə öncə ailə həyatı quran Vaqif Cavadov “kazaklar diyarı”na gələn heyətdə yer alıb.
Qeyd edək ki, “Krasnodar” – “Qəbələ” matçı sabah saat 00:05-də start götürəcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…