Ölkə futbolu
Kononov: "Qəbələ" güclü komandadı"
Sabah Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Q?…
Sabah Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qəbələ” ilə üz-üzə gələcək Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Oleq Kononov oyunöncəsi mətbuat konfransında iştirak edib. Futbolinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis matç haqqında fikirlərini bildirib.
Kononov “Qəbələ”nin güclü komanda olduğunu və PAOK-la matçda yaxşı çıxış etdiyini qeyd edib: “Mən “Qəbələ”nin PAOK-a qarşı çıxışını izlədim. Onlar rəqibindən üstün oynadılar. Amma biz evdə çıxış etdiyimiz üçün qalib gəlməliyik. 3 xal komandamız üçün vacibdi. Biz qrupda bütün oyunlara 3 xal üçün çıxacağıq. Ən azından doğma azarkeşlər önündə keçirdiyimiz matçları qalibiyyətlə başa vurmalıyıq. Komandamızda elə də ciddi dəyişiklik yoxdu. Hücum futbolu oynamağa çalışacağıq. Mənim üçün komandamın nəticəsi vacibdi”.
O, "Qəbələ"nin iki legioneri ilə bağlı da danışıb: "Georgi Floresku və Sergey Zenyovla birlikdə çalışmışam. Sonuncu “Karpatı”da rəhbərliyim altında çıxış edib".
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…