Dünya futbolu
Kasilyas birinci oldu
Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ke&cce…
Çempionlar Liqasının (ÇL) qrup mərhələsində keçirilən "Portu" – "Çelsi" (2:1) matçı qonaqların qapıçısı İker Kasilyas üçün əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, ispaniyalı əlcək sahibi qitənin ən nüfuzlu klub turnirində yeni rekorda imza atıb.
Dünənki qarşılaşmada 152-ci matçına çıxan 34 yaşlı qolkiper bu göstərici ilə ÇL-də ən çox oyun keçirən futbolçu ünvanına sahib olub. Bununla da, ispaniyalı sözügedən turnirdə "Barselona"nın sabiq futbolçusu Xavi Hernandezi (151 oyun) qabaqlayıb.
Qeyd edək ki, Kasilyas bu ilin iyul ayında "Real"dan (İspaniya) Portuqaliya klubuna transfer olunub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…